Bakının tanınmış kafesində müştərilərə qarşı ayrı-seçkilik
14-12-2017, 09:53
Oxunub: 2 506
Paytaxtın tanınmış kafelərinin birində, Musabəyov parkında yerləşən “Cafe park”da qadın-kişi ayrı-seçkiliyi müştərilərin narazılığına səbəb olub
Bu barədə Oxu.Az-a kafenin müştərilərindən biri məlumat verib.
O bildirib ki, kafedə iki zal var. Onlardan biri kişilər, digəri isə qadınlar üçün nəzərdə tutulub. Maraqlı məqam ondan ibarətdir ki, qadınların buraxıldığı zala yanında xanım olan kişilərin girişinə də icazə var. Lakin xanımsız olan bir, iki (və ya daha çox) kişinin bu zala girişi qadağandır.
Məsələ bağlı, “Cafe park”dan bildiriblər ki, zalların biri ailəvi olduğu üçün belə formatda işləyir.
“Bəzi kişi müştərilər qeyri-etik ifadələr işlədirlər, bu isə ailəvi istirahətə gələnləri narahat edir. Buna görə kafenin zallarından biri kişilər, digəri isə ailəvi istirahət edənlər üçün nəzərdə tutulub”.
Qeyd edək ki, “ailəvi” kimi təqdim edilən zalda müştərilərə qəlyan və siqaret çəkməyə icazə verilir. Bu isə “Cafe park”ın mövqeyi ilə tamamilə zidd olur.
XXI əsrdə yaşadığımızı nəzərə alaraq, bu qaydaların nə qədər düzgün olması sual doğurur. Elm və texnologiyanın dayanmadan inkişaf etdiyi dövrdə Bakıda qadınlar bir, kişilərin isə digər zala yerləşdirilməsi “gülməli” görünür.
Qeyri-etik davranışa qaldıqda isə, bunu elə bəzi zərif cinsin nümayəndələri, həmçinin evli kişilərdən də belə ifadələr eşitmək mümkündür. Bir də kafeyə gələn müştərilərdən kimin özünü qeyri-etik aparacağını əvvəlcədən necə müəyyən etmək olar?
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər