BolgeXeber.Com » Gündəm » «Sınıq körpü»də əhaliyə divan tutulur

«Sınıq körpü»də əhaliyə divan tutulur

22-12-2012, 07:30
Oxunub: 4 791 Gömrük işçiləri vətəndaşlara Gürcüstandan bir çöp belə gətirməyə imkan vermir, təhqiramiz sözləri isə hamı eşidir

Gürcüstanla Azərbaycan sərhəddində yerləşən «Qırmızı Körpü» və ya «Sınıq Körpü» kimi tanınan Gömrük-Keçid Məntəqəsində biabırçı vəziyyət yaranıb. Bolgexeber.com TİA.AZ-a istinadən xəbər verir ki, istər Azərbaycanın ayrı-ayrı rayonlarından gedən şəxslər, istərsə də gürcülərin özləri bu gömrükdən keçərkən olmazın eybəcərliklərlə üzləşirlər.
Bu barədə danışan vətəndaşlar bildirirlər ki, Azərbaycan tərəfində üzləşdikləri problemlərin sayı-hesabı yoxdur. Belə ki, əllərində Gürcüstandan hər nə gətirsələr, hamısı gömrükçülər tərəfindən alınaraq, müsadirə edilir. Əvvəllər bəzi məhsullar üçün limit müəyyən edilsə də, artıq onu da aradan qaldırıblar.
Bolgexeber.com bildirir ki, TİA.AZ-a danışan şəxslərdən bir neçəsi bildirib ki, Gürcüstanla həmsərhəd gömrük postunda heç bir izah vermədən onların əlindən araq, siqaret və s. malları alırlar. Hətta iş o yerə çatıb ki, Yeni İl üçün bazarlığa gedərək, özlərinə bir şüşə araq, bir blok siqaret alanları da bu istəklərindən məhrum ediblər. Çünki onların gətirdiyi bu məhsulları da əllərindən alaraq, hamısını müsadirə edirlər.
İnsanları narahat edən bir başqa cəhət də odur ki, «Sınıq Körpü» Gömrük Keçid Məntəqəsində işləyən gömrükçülərin davranışlarıdır. Onlar bildirir ki, gömrük işçiləri insanlarla kobud davranmaqla yanaşı, həm də təhqir dolu sözlərdən də geniş istifadə edirlər. Bu zaman qadın və ya qızın olmasının onlar üçün heç bir əhəmiyyəti yoxdur.
Məsələ ilə bağlı araşdırmamız davam edəcək.