BolgeXeber.Com » Gündəm » "Dəllalıqla məşğul olan, insanları aldadan turizm şirkətləri..." - Nazir xəbərdarlıq etdi
"Dəllalıqla məşğul olan, insanları aldadan turizm şirkətləri..." - Nazir xəbərdarlıq etdi
31-01-2018, 15:01
Oxunub: 4 140
Turizm fəaliyyəti üzrə lisenziyalar ləğv olunan sonra bəzi dəllalar ortaya çıxıb"
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, həmin şəxslər insanları aldadırlar: "Onlar guya xidmət göstərirlər. Yalandan qiymətlər verirlər, yalandan nəqliyyat təşkil edirlər. Son nəticədə Azərbaycan turizminin səviyyəsi enir. Nəticədə biz itiririk. Biz birləşib normal bir proqram üzərində öz potansialımızı ortaya qoya və bu məhsulu dünya miqyasına çıxara bilmirik. Bunu etsək, o dəllal və yalançılar acı nəticələrlə üzləşəcəklər".
Ə.Qarayev əlavə edib ki, hazırda "Turizm haqqında" yeni qanunun üzərində iş aparılır:
"Bu qanun Azərbaycan turizminin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq. Heç kəsə güzəştə gedilməyəcək. Əgər kimsə beş ulduzlu otel əvəzinə iki ulduzlu otelin xidmətlərini göstərirsə, deməli, onlar barədə ölçülər götürüləcək. Əgər turist şirkətləri dəllalıqla məşğuldurlarsa, insanları aldadırlarsa, o şirkətlər məsuliyyətə cəlb olunacaq. Mən bu qanunun qəbul olunmasını səbirslizliklə gözləyirəm".
report
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər