BolgeXeber.Com » Gündəm » Gömrük generalının işdən çıxarılması xəbəri yalan çıxdı

Gömrük generalının işdən çıxarılması xəbəri yalan çıxdı

4-05-2018, 11:35
Oxunub: 3 919 Gömrük generalının işdən çıxarılması xəbəri yalan çıxdıBakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov barəsində bir çox media qurumlarında fasiləsiz olaraq həqiqəti əks etdirməyən məqalələr dərc edilməkdə davam edir

Məsələnin mahiyyətinin isə nəyə söykənməsi gizli qalmaqla yanaşı qara piarın bu qədər yüksək formada aparılması şübhələr yaranmasına rəvac verməkdədir ki, məhz bununla bağlı geniş araşdırma aparmağa cəhd etdik. Apardığımız araşdırmadan məlum oldu ki, BGİ-nin rəisi Vüsal Novruzovun işdən çıxarılması ilə bağlı yayılan məlumat əsassız olaraq dərc edilmişdir. Bakunews.az-ın yayılan məlumatla bağlı apardığı araşdırmadan məlum olub ki, Vüsal Novruzovun işdən azad edilməsi məlumatının dəqiqləşdirilməsi məqsədilə Bakı Baş Gömrük İdarəsinə gedərək məsələyə aydınlıq gətirdik. Beləki, jurnalistləri məhz Vüsal Novruzovun özü qarşılayaraq sualları cavablandırıb. V.Novruzov: “Bəzi mətbu orqanlarda yayılan məlumatlar əsasız və qərəzli mövqe sərgiləməklə yanaşı kimlərinsə sifarişi olduğunun bariz nümunəsidir. Gördüyünüz kimi mən öz vəzifəmdəyəm. Həmçinin də qeyd edim ki, 2018-ci il təqvimi daxil olandan bu günə qədər heç bir məzuniyyət götürməmişəm və götürməkdə niyyətində deyiləm. O ki qaldı mətbuatda qeyd edilənlərə, guya mənim ərizəm alınıb və ya mənim maşın kolleksiyam var, səmimiyyətimlə deyirəm ki, bütün bunlar bəzi şəxslərin təxəyyülünün bəhrəsindən başqa bir şey deyil.

Həmçinin qeyd etmək lazımdır ki, Dövlət Gömrük Komitə sədri Səfər Mehdiyevin işdən çıxardığı generallarla bağlı rəsmi olaraq media orqanlarında məlumatda dərc edilməklə yanaşı məlumatın ictimailəşməsidə təmin edilmişdir.
Gömrük generalının işdən çıxarılması xəbəri yalan çıxdı

Dövlət Gömrük Komitəsində iki general sərəncama göndərilib. Verilən xəbərə görə, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev və Gömrük Hospitalının, Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Qədiməliyev Fikrət Gülverdi oğlu tutduğu vəzifəsindən azad edilərək, sərəncama göndərilib.

Sadiq Abduyev sayta açıqlamasında bildirib ki, hazırda rəhbəri olduğu qurumda və Gömrük Hospitalında hüquqi araşdırma aparılır:
“Hər hansı müdaxilə olmaması üçün mən və Fikrət Qədiməliyev sərəncama göndərilmişik. Yəqin ki, işimizlə bağlı aparılan araşdırmadan sonra qərar veriləcək”.


Reallıq budur ki, memarı və qurucusu ulu öndər Heydər Əliyevin banisi olduğu Müstəqil Azərbaycan dövləti böyük şəxsiyyətin Azərbaycan xalqına ən dəyərli töhfəsidir. Danılmaz faktdır ki, bu gün müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı inkişaf yolu ilə inamla irəliləyir. Gömrük xidmətini hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biri kimi dəyərləndirən xalqımızın ümummilli lideri Heydər Əliyev bu sahənin inkişafı üçün əsas şərtlərdən birinin də məhz kadr hazırlığı olduğunu tövsiyə edib. Respublikamızın tanınmış və peşəkar gömrük kadrlarından sayılan general-mayor Vüsal Novruzovun bu sahədə xidmətləri böyükdür və onun uğurları ildən-ilə artmaqdadır.

Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov hazırda öz vəzifəsini uğurla davam etdirir və gömrük xidməti orqanlarının fəaliyyətinin yüksəldilməsi ilə bağlı dövlət başçısı İlham Əliyevin tapşırıqlarını şərəflə yerinə yetirir. Vüsal Novruzov rəhbərlik etdiyi Bakı Baş Gömrük İdarəsində işlərin yüksək səviyyədə qurulmasına nail olub. General Vüsal Novruzovun rəhbərliyi ilə Bakı Baş Gömrük İdarəsi son vaxtlar ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunması, münbit biznes mühitinin formalaşması və sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində görülən işlərdə mühüm rol oynayır, bu sahədə bir sıra vacib tədbirlər həyata keçirir. Vüsal Novruzovun gərgin əməyi nəticəsində idarənin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir, bu məqsədlə vaxtaşırı olaraq iş adamları ilə görüşlər keçirilir, ölkədə baş verən iqtisadi proseslər, idxal-ixrac əməliyyatlarının vəziyyəti barədə həm sahibkarlar məlumatlandırılır, həm də onların fikirləri öyrənilir və təklifləri dəyərləndirilir. Bakı Baş Gömrük İdarəsi tərəfindən gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilib.

Vüsal Novruzov idarəyə rəhbərliyi dövründə köklü kadr islahatları aparılıb, nöqsanları olan şəxslər vəzifədən uzaqlaşdırılıb, gömrük xidmətinin yüksəldilməsi üçün savadlı və bacarıqlı insanlara etimad göstərilib. Bakı Baş Gömrük İdarəsi son vaxtlar görülən kompleks tədbirlər nəticəsində stabil və dinamik inkişaf yoluna qədəm qoyub, idarə tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində uğurlu nəticələr əldə edilib. İdarənin bütün kollektivi Vüsal Novruzovun qayğısını daim hiss edir. Hər bir işçi idarənin rəhbərinin bütün tövsiyə və tapşırıqlarını düzgün icra etməklə dövlətçiliyə sədaqətlə xidmət edir. Qarşıya qoyulan mühüm vəzifələrin icrası istiqamətində Bakı Baş Gömrük İdarəsinin ardıcıl, planlı və sistemli fəaliyyəti bu gün təqdirəlayiq hesab olunur. Azərbaycanın ən peşəkar kadrlarından biri olan Vüsal Novruzov öz intellektual səviyyəsi, bilik və bacarığı ilə hamının rəğbətini qazanıb.

Məlumdur ki, ölkəmizin milli iqtisadiyyatının inkişafında və respublikanın iqtisadi təhlükəsizliyinin qorunmasında Bakı Baş Gömrük İdarəsi mühüm rola malikdir. General-mayor Vüsal Novruzovun gərgin əməyi sayəsində bu gün Bakı Baş Gömrük İdarəsinin gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsi qaydalarına riayət olunmasının təmin edilməsi, xarici iqtisadi ticarət münasibətlərində gömrük tənzimlənməsi vasitələrinin tətbiqi, gömrük ödənişlərinin alınması, valyuta nəzarətinin həyata keçirilməsi və digər istiqamətdə müvafiq tədbirlər uğurla icra edilir. Biz də öz növbəmizdə hörmətli Vüsal Novruzova bu çətin və şərəfli işində uğurlar arzu edirirk.
Bolgexeber.com