BolgeXeber.Com » Gündəm » İsmayıllıdan son xəbər: yeni aksiya gözlənilir

İsmayıllıdan son xəbər: yeni aksiya gözlənilir

24-01-2013, 18:10
Oxunub: 4 517 Üsyana səbəb olan və tutulanlardan biri nazirin bacısı oğludur

İsmayıllıda yanvarın 23-ü axşam saatlarından başlayan və bütün gecəni davam edən xalq etirazından sonra rayonda gərgin atmosfer hökm sürür. Hazırda rayonda ezamiyyətdə olan əməkdaşımız Ramin Deko xəbər verir ki, sakinlər əmək və əhalinin sosial müdafiəsi naziri, İsmayıllının icra başçısı Nizami Ələkbərovun qardaşı Füzuli Ələkbərova məxsus olduğu deyilən və dünən yandırılan “Çıraq” motelinin yaxınlığında yenidən toplaşmağa başlayıb. Daha sonra onlar Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşıb.

Rayonda sayı artırılmış polis qüvvələri ilə yanaşı daxili qoşun əsgərləri də cəmləşib.

Sakinlər İcra Hakimiyyətinin qarşısına toplaşandan sonra ora Bakıdan aparıldığı deyilən Çevik Polis Alayı qüvvələri cəmləşdirilib. Əraziyə suvuran maşın da gətirilib. ÇPA qüvvələrinə rəhbərlik edən zabit əhaliyə səslənərək dağılışmağı, əks təqdirdə zor işlədəcəklərini bildirib.

Gərgin vəziyyət qalmaqdadır. Toplaşan sakinlər İH qarşısından bir qədər geri çəkilsələr də dağılışmaq fikrində deyillər. Əksinə toplaşanların sayı artmaqdadır.
Sakinlər icra başçısının tutduğu vəzifədən azad edilməsini istəyirlər. Onlar bu barədə dünən verilən rəsmi vədəlrin yerinə yetirilməsini gözləyirlər.
Əməkdaşımız xəbər verir ki, sakinlərdən heç kimin həbs edilməyəcəyin haqda dünən verilən vədə baxmayaraq, bu gün bir nəfəri saxlayıblar.