BolgeXeber.Com » Gündəm » Bakıda fəhlə üsyanı

Bakıda fəhlə üsyanı

26-01-2013, 13:20
Oxunub: 4 559 Parlament prospekti bağlandı

Bakı Alov qüllələrində çalışan fəhlələr parlament prospektini bağlayıb. Bolgexeber.com-un məlumatına görə, aksiyaya səbəb Alov qüllərində çalışan işçilərdən bir neçə nəfərin yeməkdən zəhərlənməsi olub.
1000-ə yaxın fəhlə Parlament prospektində avtomobillərin hərəkətinə qadağa qoyub. Təcili Tibbi Yardım Maşınları isə zəhərlənən bir neçə nəfəri xəstəxanaya aparıb.
Hazırda əraziyə polis gətirilib və etirazı yatırmağa çalışırlar.
Bakıdakı "Alov Qüllələri"nin işçilərinin keçirdiyi aksiya ilə bağlı Daxili İşlər Nazirliyi münasibət bildirib. DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə açıqlamasında deyib ki, müəyyən mübahisəni həll etmək üçün fəhlələr yolu bağlayırlarsa, xüsusilə də hərəkətin intensiv olduğu yol bağlanırsa, təbii ki, bunun qarşısı alınır. “Hər bir işçi tərəfindən ictimai asayiş pozulursa, polis tərəfindən lazımi tədbirlər görülüb qarşısı alınacaq”.