BolgeXeber.Com » Gündəm » Fəvvarələr Meydanı mühasirədə

Fəvvarələr Meydanı mühasirədə

26-01-2013, 13:25
Oxunub: 4 277 Bakının mərkəzində gənclərin aksiyası – SON DƏQİQƏ

Hazırda Fəvvarələr Meydanında olan əməkdaşımızın məlumatına görə «Silahlarınızı üzərimizdən çəkin» şüarıyla bu gün saat 15-00-a nəzərdə tutulan aksiyaya hər iki tərəf son hazırlıqlarını görür.
Hazırda şəhərin mərkəzində şənbə günlərində müşahidə olunan ənənəvi izdihamdan əsər-əlamət yoxdur. Fəvvarələr Meydanı və ətraf ərazilərdə həddindən artıq sakitlikdir.
Ərazidə yalnız çoxsaylı polis əməkdaşları və aksiyanı işıqlandırmaq üçün buraya toplanmış mətbuat işçilərini görmək olur. Polis maşınları isə aksiyanın keçirildməsi nəzərdə tutulan əraziyə girişində və çıxışında maşınlarla baryerlər yaradıb.