BolgeXeber.Com » Gündəm » Nazir 4 vəzifəli şəxsi işdən çıxardı

Nazir 4 vəzifəli şəxsi işdən çıxardı

22-05-2018, 09:47
Oxunub: 3 699 Nazir 4 vəzifəli şəxsi işdən çıxardıƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 4 rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifələrindən kənarlaşdırıb

Bolgexeber.com-un unikal.org-a istinadən məlumatına görə, nazir bununla bağlı əmr imzalayıb.

Nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin – Sabunçu rayon TSEK sədri – Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcabədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahini vəzifəsindən uzaqlaşdırıb.

Məsələ ilə bağlı Unikal.org-a Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən xəbəri təsdiqləyiblər.