BolgeXeber.Com » Gündəm » Nəqliyyat Nazirliyinin əməkdaşları "Paşa Holdinq"in işçisinin avtomobilini qaçırıblar

Nəqliyyat Nazirliyinin əməkdaşları "Paşa Holdinq"in işçisinin avtomobilini qaçırıblar

28-01-2013, 12:00
Oxunub: 4 540 Nəqliyyat Nazirliyinin əməkdaşları metronun "20 Yanvar" stansiyasının ətardafında Sumqayıt sakini Eldəniz Piriyevin avtomobilini əlindən alıb qaçırıblar.

E.Piriyev SalamNews-a məlumat verib ki, səhər saatlarında "20 Yanvar" metrostansiyasının ətrafında iş yoldaşlarımı yola salarkən Nəqliyyat Nazirliyinin 3 əməkdaşı mənə yaxınlaşaraq avtombilin açarlarını istədi. Mən onlardan bunun səbəbini soruşduqda bildirdilər ki, maşından düş və açarları ver. Mən etirazımı bildirdim. Dedim ki, siz hansı ixtiyara görə, şəxsi avtomobilimi istəyirsiniz? Mən taksi sürücüsü deyiləm, "Paşa Holdinq"də işləyirəm. Bunun sizə heç bir aidiyyatı yoxdur.

Bundan sonra həmin şəxslər mənə zor tətbiq edərək avtomobilin açarlarını aldılar. Açarı alan şəxslərdən birinin adı Turaldır. Sonra mənimlə söhbət etmək üçün kənara çəkdilər. Bu zaman gördüm ki, avtomobilimi naməlim istiqamətə apardılar.

E.Piriyev söyləyib ki, bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102 qaynar xətt" xidmətinə məlumat verdim. Daha sonra 29-cu polis bölməsinə gedib başıma gələnlərlə bağlı ərizə yazdım. Hazırda maşının harda olduğu barədə xəbərim yoxdur.