BolgeXeber.Com » Gündəm » Beyləqanın icra başçısı çətin durumda

Beyləqanın icra başçısı çətin durumda

28-01-2013, 13:10
Oxunub: 7 375 Vaqif Abdullayevin keçmiş müavini İkram Yaqubov bütün sirrləri açacağını deyib

Beyləqanda icra başçısı Vaqif Abdullayevlə müavini İkram Yaqubov arasında gedən dartışma ikincinin işdən çıxarılması ilə nəticələnib. Saytımıza daxil olan məlumata görə, Yaqubovun işdən çıxarılması üçün yetərli qədər «səbəb» əvvəlcədən tapılıb.
Belə ki, icra başçısı özünün keçirdiyi bir sıra yığıncaqlarda keçmiş müavininə xəbərdarlıqlar edirmiş. Həmin xəbərdarlıqlar isə birbaşa İkram Yaqubovun rayonda həyata keçirdiyi ciddi maxinasiyalarla bağlı imiş. Həmin prosesdə başçısı ilə anlaşmayan və bölüşməyən keçmiş müavinlə yollarını ayırmağa qərar verən Beyləqanın «sahibi» onu işdən çıxarmaq qərarına gəlib.
Lakin keçmiş müavin də «az aşın duzu deyilmiş» və o, yeni vəzifəyə təyinat almaq üçün hazırlaşdığını bildirib. Azerinfo.az-a verilən məlumata görə, İkram Yaqubovun yaxın vaxtlarda heç də kiçik olmayan postlardan birinə sahiblik edəcəyi gözlənilir. Keçmiş işindən töhmətlə çıxarıldığı üçün bunun əmək kitabçasında yer alması da əhəmiyyətli vasitə kimi qəbul edilmir. Məlumatlara görə, Yaqubov bununla yanaşı, həmin töhmətli sözləri kitabçasından sildirməyi də bacarıb. Və bu məsələdə Beyləqanın icra başçısı Vaqif Abdullayevi əksər məclislərdə sərt şəkildə ittiham etməyə başlayıb. Üstəlik, yaxın günlərdə icra başçısından şikayətçi olacağını da gizlətməyib. Rayondakı bütün «zibillərin» üstünü açacağını vəd edən keçmiş müavin əlində yetərli qədər sənəd-sübutun olduğunu vurğulayıb.