BolgeXeber.Com » Gündəm » Füzuli Ələkbərov fakt qarşısında

Füzuli Ələkbərov fakt qarşısında

28-01-2013, 14:05
Oxunub: 6 031 “Çiraq Hotel”in sahibi nazirin oğlu Vüqar imiş

İsmayıllıda insanları təhqir edib, onları qəzəbləndirən Vüqar Ələkbərovun əmək və əhalinin social müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu olduğu tam dəqiqləşib. Bolgexeber.com xəbər verir ki, REAL Hərəkatının apardığı araşdırma nəticəsində rayonda yandırılan “Çıraq Hotel”in həqiqi sahibi də dəqiqləşib.
Belə ki, rəsmi sənədləri üzə çıxaran REAL-çılar orada hotelin nazirin oğluna məxsus olduğunu təsdiqləyən sənədləri aşkarlayıblar. Məlum olub ki, “Çıraq Hotel” VAFİ şirkətinə, həmin şirkət isə nazir Füzuli Ələkbərovun birinci nigahdan olan oğlu, yəni İsmayıllı rayonunun icra başçısı Nizami Ələkbərovun qardaşı oğlu Vüqar Ələkbərova məxsusdur.