BolgeXeber.Com » Gündəm » "Günəş" saunasının yaninda kütləvi dava

"Günəş" saunasının yaninda kütləvi dava

29-01-2013, 09:45
Oxunub: 4 647 Iki qardaş qanlarına qəltan edildi

Bakıda kütləvi dava baş verib. Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən bildirilib.

Hadisə Nərimanov rayonu Faiq Yusifov küçəsində, “Günəş” saunasının yaxınlığında qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada iki qardaş - 38 yaşlı Orucov Vüqar Ənvər oğlu və 35 yaşlı Bəxtiyar Orucov bıçaqlanıb. Nəticədə V. Orucov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Qardaşı B. Orucov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.