Azərbaycanda zəlzələ 8 bal olub? – Rəsmi
6-06-2018, 11:00
Oxunub: 3 492
Azərbaycanda zəlzələnin 8 bala yaxın olması barədə Ermənistan və Gürcüstan mediasında yayılan məlumatlar əsassızdır.
Bu sözləri Axar.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı söyləyib. O bildirib ki, Zaqataladakı zəlzələnin nəticələrinə baxmaqla da onun 8 bala qədər olmadığını təxmin etmək mümkündür.
O, həmçinin vurğulayıb ki, Azərbaycanın tədqiqat üsulları kifayət qədər müasirdir:
“AMEA RSXM Avropa Seysmoloji Komissiyasının assosiativ üzvüdür. Komitəyə bu regiondan yeganə üzv Qurban Yetirmişlidir. Ən üstün texnologiya və mütəxəssislər regionda bizdədir. Zəlzələ haqqında olan dəqiq məlumatları da ictimaiyyətə açıqlamışıq”.
V.Rafiqqızının sözlərinə görə, hazırda tədqiqat davam etdiyi üçün rayonlarda baş verən zəlzələnin gücü konkretləşməyib:
“Zəlzələ episentrdə 6 bala yaxın hiss edilib. Zəlzələnin gücü zəlzələ dalğasının yayılma radiuslarından asılıdır. Dalğa getdikcə zəiflədiyinə görə ətraf rayonlarda zəlzələnin təsiri azalıb. Zaqataladan sonra ən güclü zəlzələ Şəkidə qeydə alınıb.
Hazırda məlumatlar emal edilir və dəqiq rəqəmlər hazırlanır”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər