BolgeXeber.Com » Gündəm » Zaqatalanın icra başçısı kəndlilərin kombaynçıları şəxsi sahələrində işlədir-fermerlər kombaynsız qalıb: taxıl sahələri məhv olur!

Zaqatalanın icra başçısı kəndlilərin kombaynçıları şəxsi sahələrində işlədir-fermerlər kombaynsız qalıb: taxıl sahələri məhv olur!

27-07-2018, 13:07
Oxunub: 4 470 Zaqatalanın icra başçısı kəndlilərin kombaynçıları şəxsi sahələrində işlədir-fermerlər kombaynsız qalıb: taxıl sahələri məhv olur!"Belə problem, praktiki olaraq, Azərbaycanın bütün rayonlarında mövcuddur. Və bu, "Aqrolizinq”də kənd təsərrüfatı texnikasının çatışmazlığı ilə bağlıdır".

Hələ bir neçə gün bundan öncə “Aqrolizinq” Səhmdar Cəmiyyətinin şöbə rəisi İsrafil İsmayılov virtualaz.org-a açıqlamasında bildirmişdi ki, bu il hava şəraiti ilə əlaqədar çovdar yığımı adi vaxtlarda olduğundan tez başlayıb:

“Fermerlər çovdarı buğda ilə birlikdə yığmağa başladılar. Və gözlənilməz hadisələrlə əlaqədar kəndlərdə kombaynların çatışmazlığı hiss olunur. Azərbaycana bu il 260 kombayn gətirilməli idi, ancaq bu günə cəmi 110-u idxal edilib. Buna görə biz daha 150 kombaynın çatdırılmasını gözləyirik. Zaqatala rayonuna gəlincə, bu gün orada cəmi 10 kombayn var".
“Aqrolizinq” Səhmdar Cəmiyyətinin nümayəndəsinin açıqlamasında bir sıra diqqətçəkən məqamlar var. Nəzərə alsaq ki, Zaqatala kimi böyük bir rayonda yüzlərlə taxıl sahələri var, bu zaman 10 kombaynla hansı işləri görmək olar!?
İ.İsmayılov daha sonra bilririr ki, ölkədə cəmi 926 kombayn və onun da hamısı xüsusi şəxslərə satılıb: "Dövlət kombaynların işinə nəzarət edə bilmir, çünki lizinqin qaydalarına əsasən, kombaynlar, başqa kənd təsərrüfatı texnikası kimi, əlverişli şərtlərlə fermerlərə satılır və onların xüsusi mülkiyyətidir. Fermer 20 faiz əvvəlcədən ödəniş edir, kombaynın dəyərinin 40 faizini dövlət bağlayır, qalan 40 faiz isə 10 il ərzində sahibkar tərəfindən ödənilir".
Məsələ gün kimi aydındır. Belə çıxır ki, “əlverişli şərt”lərə cavab verməyən fermerlər kombaynlardan tamamilə məhrum edilir. Nəticədə həmin fermerlerin taxıl sahələri məhv olub gedir. Zaqatala rayonunda isə fermerlərin vəziyyəti daha acınacaqlıdır, kəndlilərin, fermerlərin üz tutacağı heç bitr qapı yoxdur. Necə ki, “Aqrolizinq” SC-nin nümayəndəsinin özü də bunu etiraf edir: “Kənd Təsərrüfatı Nazirliyinin və "Aqrolizinq"in Zaqataladakı problemlərlərlə bağlı yaranmış situasiyaya təsir imkanı yoxdur”.
Əlbəttə, olmayacq! Çünki Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kombaynçıları Muxax kəndindəki şəxsi sahələrində işlətmək üçün götürüb. Əhali isə çıxılmaz vəziyyətdə qalıb. Məhsul var, amma kəndlilər onu yığa bilmirlər. Zaqatala rayonunun üç kəndində kombaynçı olmadığından bol buğda və çovdar məhsulu batır. Söhbət Muğanlı, Faldar və Qandaq kəndlərindən gedir.

Bölgəxəbər.com aznews.info saytına istinadən xəbər verir ki, bu kəndlərin sakinləri virtualaz.org-a bildiriblər ki, məhsul yığımından əvvəl onları kombaynçılarsız qoyublar. Zaqatalada məhsul yığımı ilə bağlı problemlərin mövcudluğunu Kənd Təsərrüfatı Nazirliyindən də təsdiq ediblər: "Belə problem, praktiki olaraq, Azərbaycanın bütün rayonlarında mövcuddur. Və bu, "Aqrolizinq”də kənd təsərrüfatı texnikasının çatışmazlığı ilə bağlıdır".
Göründüyü kimi, əziyyəti yenə də kəndlilər çəkməli olur. 120 mindən artqı əhalisi, 1 şəhər, 2 qəsəbə 59 kəndi olan Zaqatala rayonu bir məmurun-Mübariz Əhmədzadənin şəxsi taxıl sahələrinə görə min bir əziyyətə dözməlidir, yeri gəlsə, ac da qalmalıdır, taxıl sahələri məhv olsa da, ağzını açmamalıdır. Bir çox regionlarımızda qanun şah olmağı bacarsa da, Zaqatalada bu mümkün deyil: orada şah qanundur. Məntiqlə 59 kəndə 10 kombayn vermək kəndilləri rəsmən öldürməkdir. Məgər M.Əhmədzadə bunu bilmirdimi? Bilirdisə, nə üçün əvvəldən problemi həll etmirdi? Yox əgər, problem həll olunmayıbsa, o zaman kəndilərin əlində olan qalan kombaynları nə üçün onların əlindən alıb şəxsi taxıl sahələrinə yönəldib?
Xatırladaq ki, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşıdı