Avqustda anomal istilər gözlənilir (RƏSMİ)
2-08-2018, 11:16
Oxunub: 2 757
"Avqust ayında da kəskin isti günlərin olması proqnozlaşdırılır".
Bolgexeber.com xəbər verir ki, bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.
O bildirib ki, ölkə ərazisində avqust ayının birinci ongünlüyündə havanın temperaturu çoxillik norma göstəricilərdən çox da fərqlənməyəcək: "Avqustun ilk ongünlüyündə havanın temperaturu bir qədər yüksək olsa da, kəskin istilər gözlənilmir. Avqustun 2-dən 6-dək paytaxt Bakı şəhərində arabir güclənən şimal küləyi üstünlük təşkil edəcək. Bu da temperaturun çox yüksəlməsinə imkan verməyəcək. Hava şəraiti hamı üçün, xüsusən də meteohəssas insanlar üçün əlverişli olacaq. Avqustun 6-dan sonra küləklər səngiyəcək, şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu yüksəlməyə başlayacaq".
U.Tağıyevanın sözlərinə görə, avqust ayında ayrı-ayrı günlərdə havanın temperaturunun yüksəlməsi proqnozlaşdırılır: "Yəni, havanın temperaturunun normadan xeyli yüksək olduğu günlər, kəskin istilər müşahidə oluna bilər. Avqust ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində anomal istilərin olması proqnozlaşdırılır".
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes