BolgeXeber.Com » Gündəm » “Smaylik” bağçası hansı məmurundur? - EKSKLUZİV - ARAŞDIRMA

“Smaylik” bağçası hansı məmurundur? - EKSKLUZİV - ARAŞDIRMA

24-08-2018, 09:36
Oxunub: 5 942 “Smaylik” bağçası hansı məmurundur?  - EKSKLUZİV - ARAŞDIRMAAzərbaycanda məmurların müxtəlif biznes imkanlarına sahib olduğu heç kimə sirr deyildir

Dərman biznesindən tutmuş adi kibrit çöpü biznesinə qədər məşğul olan məmurlarımızın iştahı sərhəd tanımır. Dövlət başçısı cənab İlham Əliyevin “məmur xalqın quludur” prinsipindən min kilometrlərlə uzaq düşən bir çox məmurlarımızın başı öz bizneslərinə qarışıb. Bu məsələnin başqa tərəfi...
Bolgexeber.com-un əməkdaşlarımız Bakıda fəaliyyət göstərən bağçalarla bağlı sujet hazırlamaq Həsən Əliyev küçəsində də yerləşən bağçalarla bağlı kiçik bir araşdırma aparıblar. Ortaya maraqlı faktlar çıxıb.
Məlum olub ki, həmin ünvana yaxın ərazidə yerləşən (”Asan” Xidmətin arxa tərəfi) “Smaylik” bağçası Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Füdumə Hüseynovaya məxsusdur. Elə əməkdaşlarımız “Smaylik” özəl bağçasındakı qiymətlərlə, şəraitlə bağlı geniş material hazırlayıblar. Aylıq ödəniş 300-400 manat olan “Smaylik” bağçası birbaşa Füdumə Hüseynovaya məxsusdur.
“Smaylik” və məmurlara məxsus digər özəl bağçalardakı vəziyyətlə bağlı materialı oxucuların diqqətinə çatdıracağıq...