BolgeXeber.Com » Gündəm » Prezidentin tapşırığı ilə Nəsimi rayonunda salınan parkın bu günkü dəhşətli halı – FOTOLAR - REPORTAJ

Prezidentin tapşırığı ilə Nəsimi rayonunda salınan parkın bu günkü dəhşətli halı – FOTOLAR - REPORTAJ

25-08-2018, 08:33
Oxunub: 9 486 Prezidentin tapşırığı ilə Nəsimi rayonunda salınan parkın bu günkü dəhşətli halı – FOTOLAR - REPORTAJAsif Əsgərov hara baxır, yaxud məsuliyyəti kim daşıyır?

2008-2009-cu illərdə Prezident İlham Əliyevin tapşırığı əsasında Nəsimi rayonu R.Behbudov və A.Bakıxanov küçələrinin kəsişməsindəki uzun illər baxımsız qalmış 3,5 hektar ərazidə yenidənqurma və abadlıq işləri aparılaraq yeni park inşa edilmişdi. Burada şəlalə və fəvvarələr kompleksi inşa edilmiş, xaricdən gətirilmiş müxtəlif ağac və dekorativ kollar əkilmiş, rahat oturacaqlar qoyulmuş, pilləkan və keçid meydançaları quraşdırılmışdı. Bu gün isə həmin park bərbad vəziyyətdədir, oturacaqlar sınıq-sınıq, ağaclar susuz, hovuz və şəlalə viran olunub, parkda bir qaşıq su tapmaq mümkün deyil. Bu parkın salınmasına milyonlarla vəsait xərclənmişdi. Pilləkənlər tamamilə dağılıb, rəngli daşlardan hazırlanmış hovuzda təkcə boş divar qalıb, oturacaqlar ayaqsız... Park əsl zibilxanaya çevrilib. Hesab edirik ki, parkın bu günə düşməsində əsas günahkar məhz Nəsimi rayon İcra Hakimiyyəti, daha dəqiq desək, icra başçısı Asif Əsgərovdur. Nə üçün belə düşünürük?
Deməli, 2010-cu ildə Nəsimi rayon İcra Hakimiyyətində 2009-cu ilin hesabatı verilirdi. Həmin vaxt Nəsimi rayonuna Nəsib Məhəməliyev başçılıq edirdi. N.Məhəməliyev R.Behbudov və A.Bakıxanov küçələrinin kəsişməsində yerləşən bu parkın salınmasından ağız dolusu danışdı və söylədiyi məruzədə bu parkın da adı keçirdi. Artıq N.Məhəməliyev 2015-ci ildən orda işləmir. İndi 3 ildir rayona Asif Əsgərov rəhbərlik edir. 3 il öncə park bu halda deyildi, məhz A.Əsgərovun vaxtında park bu cür acınacaqlı hala salınıb. Ümumiyyətlə, paytaxtın ən strateji küçələrindən birində yerləşən parka, özü də dövlət başçısının şəxsi tapşırığı ilə salınan bir əraziyə bu biganəlik və məsuliyyətsizlik nədən qaynaqlanır? Olmaya-olmaya A.Əsgərov özündən əvvəlki icra başçısının gördüyü işin sonrakı acınacaqlı halını xalqa və dövlətə nümayiş etdirməkdə məqsədi güdür!? Bəlkə demək istəyir ki, baxın, parkı N.Məhəməliyev salmışdı, işini keyfiyyətsiz görüb və indi də zibilxanaya çevrilib!? Bu eqoizmə nə gərək var? Əziz “əlahəzrət” Asif müəllim, bu gün nə baş verirsə, məsuliyyət də birbaşa sizin üzərinizdədir, bunu biləsiniz!

Nəsimi rayon İcra Hakimiyyəti əməkdaşlarımıza nə dedi? – “... bizlik deyil, nə istəyirsiniz, çəkin, yazın...”
Bolgexeber.com-un əməkdaşları yubanmadan parka yollandılar ki, reportaj hazırlasınlar. Aşağıda təqdim etdiyimiz fotoları da məhz reportaj zamanı çəkmişik. Parkın bu bərbad halını bir tərəfli qaydada işıqlandırmaq peşə etikamıza zidd olardı, ona görə də əməkdaşlarımızla birbaşa üz tutduq Nəsimi rayon İcra Hakimiyyətinə... Öncə polislər yuxarı məlumat verdilər ki, jurnalistlər gəlib, bəs filan məsələ- filan parkla bağlı... Polisə telefonda nə dedilərsə, o da bizə dedi ki, viran qalmış parka görə məsuliyyəti Nəsimi rayon İcra Hakimiyyəti daşımır, gedin Mənzil-Kommunal Təsərrüfat Birliyinə müraciət edin. Bunun məsələyə nə dəxli var idi, hələ də anlaya bilmirik. Sanki ayaqqabı almağa gəlmişəm və hansısa haramxorun biri məni göndərir çörək sexinə, nə bilim, ət dükanına... Biz nə etdiyimiz bilmirikmi? Dəqiq bilirik ki, park Nəsimi rayon İcra Hakimiyyətinə baxır... Əgər parkın kor olmuş gözünü, sındırılmış dişini, qırılmış dizini, bükülmüş belini düzəltsələr. Nə isə, söhbəti çox uzatmayıb, üz tutduq MKTB-yə. Ordan da dedilər ki, gedin Nəsimi rayon İcra Hakimiyyətinə və bu işə görə şəxsən icra başçısı məsuliyyət daşıyır. Qısası, ora-bura getməkdən təngə gəlib materialı dərc etdik. Nəsimi rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsi isə buxarlanıb yoxa çıxdı. Jurnalistin çəkdiklərinə, yazdıqlarına münasibət bildirmək sənin borcundur, qaçıb gizlənməklə...
Parkın bərbad vəziyyətini daha geniş miqyasda ictimailəşdirmək üçün media nümayəndələrindən ibarət iməclik təşkil etməyi də planlaşdırırıq. Ən azından KİV nümayəndələri oradakı zibilləri təmizləyib, bu işə görə məsuliyyət daşımalı olan Nəsimi rayon İcra Hakimiyyətini ifşa etmiş və utandırmış olacaqlar. Oradakı qırılıb-dağılanları, sınıb-tökülənləri düzəltmək, parkı bərpa etmək isə Asif Əsgərovun vəzifəsidir.
Movzunu diqqətlə saxlayacağıq.
Bir daha xatırladırıq ki, məsələ ilə bağlı qarşı tərəfin- Nəsimi rayon İcra Hakimiyyətinin də mövqeyini işıqlandırmağa hazırıq.
Bolgexeber.com