BolgeXeber.Com » Gündəm » Deputatlıqda 7-ci “kruq”a hazırlaşan Madər Musayev də “Facebook”a gəldi: - Bu da “zavmaq”ın seçki sloqanı
Deputatlıqda 7-ci “kruq”a hazırlaşan Madər Musayev də “Facebook”a gəldi: - Bu da “zavmaq”ın seçki sloqanı
27-01-2020, 10:04
Oxunub: 5 978
Milli Məclisin dəyişməz üzvlərindən olan Madər Musayev sovetdən qalma deputatdır
Sovetdən qalma dedikdə, nə onun yaşını, nə də sovet təfəkkürünü nəzərdə tutmuram. Adam sözün birbaşa mənasında sovet dövründən qalma deputatdır.
O, ilk dəfə 1990-cı ildə Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilib. Bilmirəm, lətifədir, ya həqiqət, deyilənə görə, Məşədi Əzizbəyovun nəvəsi Püstəxanım Əzizbəyova 4 dəfə rəsmi ərə gedib. 5-ci cəhdində yenidən 1-ci əri ilə təzədən ailə quranda, xanımın 3-cü əri 2-ciyə zəng vurub, “Hazırlaş, Püstəxanım “2-ci kruq”a gəlir”.
Bu həqiqi, yaxud uydurulmuş əhvalatı elə-belə xatırlatmadım. Deyəsən, yaşı və səhhəti imkan versə, Madər Musayev deputatlıqda 10-cu “kruqa” da çıxar.
Maraqlıdır ki, 73 yaşlı rekordçu deputat digər gənc namizədlər kimi, həmkarlarının dili ilə desək, “bekar adamların yığışdığı” sosial şəbəkədə də peyda olub. Ciddi fiqurlar kimi özünü reklama da qoyub, platformasını təbliğ edir.
Madər Musayevin Vikipediyası məlumatına baxıram. Deməli, 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986–1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri olub. Karyerasına baxdıqda, ancaq yüksəlişdə olduğu görünür. Satıcı şagirdindən, ta mağaza müdirliyinə qədər yüksəlib.
Deputatlıqda 7-ci “kruq”a hazırlaşan Madər Musayev də “Facebook”a gəldi:
Ancaq bu “yüksəliş”i nədənsə, parlamentdə davam etdirə bilməyib. Satıcı karyerasını nəzərə alsaq, əslində, Madər Musayev hazırda ikiqat spiker olmalıydı. Bu üzdən onun deputat karyerasını uğursuz saymaq olar. 73 yaşında 7-ci dəfə namizəd olan Madər Musayev bəlkə də, uğurlu satıcı stajı kimi, deputat karyerasını da pikə qaldırmaq istəyir.
Kim bilir, bəlkə də buna nail oldu. 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən “Favorit” namizəd ancaq onun özü ola bilər. “Favorit” deyəndə, məlum mağazalar şəbəkəsi ağlımın ucundan belə keçmədi. Özü daş atıb başını tutur ki, mənlik deyil, ancaq kaş mənim olaydı.
Madər Musayevin seçki sloqanı isə belədir: “Etimadınızı doğruladını seçin”. Əla sloqandır, düz deyir, məhz etimadınızı doğruladını seçin!
www.yenicag.az
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər