BolgeXeber.Com » Gündəm » Oğuz meşələri tükənmə təhlükəsi ilə üz-üzə - FOTOFAKT

Oğuz meşələri tükənmə təhlükəsi ilə üz-üzə - FOTOFAKT

4-02-2020, 09:43
Oxunub: 10 218 Qanunsuz şəkildə meşələrin talan olunması barədə “Kainat.tv” yə Xocalı rayonundan olan məcburi köçkün, hazırda Oğuz rayonu, Böyük Söyüdlü qəsəbəsində məskunlaşan Məzahir Vəliyev növbəti müraciətini edib.

Məzahir Vəliyev müraciətində Oğuz meşələri tükənmə təhlükəsi ilə üz-üzə qaldığını, bir qrup cavabdeh şəxslərin meşədən öz şəxsi biznesləri kimi istifadə etdikləri barədə tutarlı əsaslara - FOTO faktlara istinad edib.

Məzahir Vəliyev iddia edir ki, "mənim şikayətimlə bağlı dekabır ayının əvvəllərində Ekalogiya və Təbii Sərvətlər Nazirliyindən yoxlama gəldi, qanunsuz kəsilmiş 207 ağac aşgarlandı. Təəssüflər olsun ki, 207 ağacın kəsilmə faktı təsdiqlənsə də, heç bir cəza tədbiri görülmədi. Eyni zamanda sahə müdrü Eyvaz Əliyev 7 ay ərzində 900 kub metr qanunsuz təxminən 90 maşından çox edir. Qanuna əsasən 300 kub metr qırıntısı olan sahə müdrü vəzifəsindən azad olunmalı təqdirdə sahə müdrü Eyvaz Əliyev sədaqətli ARXAlarının sayəsində hələ də "İŞ" başındadır. Çox maraqlı və təəccüb doğuran bir haldır, eləmi? Heç də təəccüblənməyin...

Təəccüblənməyin ona görə ki, bu işlərin başında Ekalogiya və Təbii Sərvətlər Nazirinin birinci mavini Firdovsi Əliyev və Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov və Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynov dayanır."

Onu da qeyd edim ki, təqdim etdiyimiz FOTOlar yoxlama gedəndən sonra davam edən "MEŞƏ SOYQRIMI"na aiddir.
Oğuz meşələri tükənmə təhlükəsi ilə üz-üzə - FOTOFAKT