BolgeXeber.Com » Gündəm » Zaqatalada PKK təşkilatının ideyalarını təbliğ edən deputatlığa namizəd - Nurlana Cəlil kimdir?

Zaqatalada PKK təşkilatının ideyalarını təbliğ edən deputatlığa namizəd - Nurlana Cəlil kimdir?

5-02-2020, 17:54
Oxunub: 17 796
Zaqatalada PKK təşkilatının  ideyalarını təbliğ edən deputatlığa namizəd - Nurlana Cəlil kimdir?
110 saylı Zaqatala Seçki Dairəsindən deputatlığa namizəd Nurlana Cəlil fərdi sahibkar kimi qeydə alınıb. Amma bir sıra mülahizələrə və faktlara görə xanım namizədin fəaliyyəti yalnız fərdi sahibkarlıqla məhdudlaşmır

Nurlana Cəlil həm də terrorçu PKK təşkilatının ideyalarının qızğın tərəfdarı və təbliğatçısı kimi tanınır.

Bolgexeber.com xəbər verir ki, Turkustan.info-nun əldə etdiyi məlumatlara görə, Nurlana Cəlil Türkiyədə – Aydın Universitetində magistr təhsili alıb. Xanım namizədin doktorluq işi də Türkiyədəki bölücü düşüncələrlə bağlı olub.

O, həmçinin sosial şəbəkələrdəki rəylərində Türkiyədə bölücülük fəaliyyəti ilə məşğul olan terrorçu PKK təşkilatının bölücü ideyalarını təbliğ edir.