BolgeXeber.Com » Gündəm » Ülvi Quliyev açıb pul kisəsinin ağzını, özünü deputat seçdirmək istəyir

Ülvi Quliyev açıb pul kisəsinin ağzını, özünü deputat seçdirmək istəyir

7-02-2020, 12:12
Oxunub: 12 017
Ülvi Quliyev açıb pul kisəsinin ağzını, özünü deputat seçdirmək istəyir
Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, deputatlar xalqın etimad göstərdiyi insanlar olacaq

Bu fikir və buna oxşar bəzi fikirlər seçicilər və namizədlərdə böyük ümid yaratdı. İnsanlar seçki demokratiyasının qoxusunu alıb ciyərlərinə çəkdikcə sevindilər. Ancaq bu sevincin 15 saylı Yasamal birinci seçki dairəsinin seçicilərinə heç bir aidiyyatı yoxdur. Çünki seçkidən öncə deputat seçilib. Hər halda dairədə gəzən söhbətlər bunu deyir.
Bolgexeber.com xəbər verir ki, 15 saylı Yasamal birinci seçki dairəsinin sədri İsayev Cumar Əliyəsər oğlu köhnə seçənlərdəndir. Ürəyin istəyən adamı bir gecədə seçə də bilər, biçə də bilər. Cumar müəllim adı kimi bir adamdır. Seçicinin üstünə elə cumur ki, adamların zəhri yarılır. Deyirlər, kimə səs verək, ay Cumar müəllim? Cumar müəllimdəki bilir, hər şeyi bilir, elə bil seçki gününə üçcə gün qalmış allahdan ona vəhy gəlir. Bilir ki, kim seçilməlidir. Ancaq, öz aramızdır, Cumar müəllimin içində bir vətən sevgisi də var, arada kükrəyir, bayraq, himn, köhnə kişilər-zad yadına düşür. Neynəsin, yuxarıların vəhyi vəhydi. Bu Cumar müəllim haqqında uzun-uzadı danışarıq. İndi keçək əsas mətləbə.

Yasamal camaatı arasında söhbətlər gəzir ki, Cumar müəllimə yuxarıdan gələn vəhyı görə mandat Ülvi Quliyevindir. Yəni nə edirsən et, qutudan Ülvi çıxsın.


Bəs bu Ülvi Quliyev kimdir? Çox yerdə deyirlər ki, biznesmen deputatdır. Restoranlarında az yeyib-içməmişik, apteklərindən az dərman alıb xəstələnməmişik, marketlərindən istifadə müddəti çıxmış mallardan az almamışıq. Bu adamı hamı tanıyır. Seçicilər deyir ki, seçkidən seçkiyə üzünü görürük. Yasamalda dairədən dairə gəzən bu adam əslində mədəni, adlı-sanlı bir ailənin uşağıdır.

Ülvi Quliyevin atası rəhmətlik Zahid Quliyev tanınmış dilçi alim idi. Azərbaycan dili qrammatikasına böyük töhfələr verib. Təkcə tədris olunan 4 kitabı var. Zahid müəllim neçə adama elmi rəhbər olub. Azərbaycan elmi onun adı ilə çox yüksəlib. Di gəl, oğlu Ülvi Quliyev olub. Bu adam hazırda deputat olmaq üçün Zahid müəllimin elmi əsərlərini də, dissertasiyasını da qurban verər.

Bu gün hər kəs bilir ki, saytlar reklam götürür. Reklam yerinə istəyirsən şəngülümlə məngülümün nağılını qoy. O yer sənindi. Ülvi bəy də saytlarda çoxlu reklam yeri alıb, biznesmen adamdı, nə kefinə, elə görüntü yaradır ki, guya Yasamal xalqı həmədə dayanıb seçkini gözləyir ki, təngönəfəs gəlib ona səs versin. Real görüntü isə belədir: on-on beş adam - biznes şəbəkələrindən işçi qrupları gəlir və şəkillər çəkilir ki, ay cəmaət, Ülvi müəllim xalqla görüşdü.

Əsas mahiyyət budur ki, Ülvi Quliyev açıb pul kisəsinin ağzını, özünü deputat seçdirmək istəyir. Yuxarıların da razılığını alıb deyə söhbətlər gəzir. Buna görə də Cumar müəllimə də vəhy gəlib. Belə çıxır ki, yuxarılarda kimlərsə, dairədə isə Cumar müəllim və Ülvi Quliyev prezidentə məhəl qoymur. Xalqın etimad göstərmədiyi adamı deputat eləmək istəyirlər. Bu da Yasamalda çaxnaşmaya, etirazlara gətirib çıxara bilər.