BolgeXeber.Com » Gündəm » Mingəçevirin icra başçısı büdcə təşkilatlarının işçilərinə qeyri-qanuni göstəriş verib
Mingəçevirin icra başçısı büdcə təşkilatlarının işçilərinə qeyri-qanuni göstəriş verib
8-02-2020, 18:09
Oxunub: 4 825
Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov büdcədən maliyyələşən təşkilatların bütün işçilərinə qeyri-qanuni göstəriş verib
Bu barədə sakinlər məlumat verib. Məlumatda bildirilir ki, icra başçısı ütün təşkilatlara, xüsusən də təhsil işçilərinin qeyri-iş günləri işdə olmasını tapşırıb: “Orta məktəblər, kolleclər, hətta uşaq bağçalarındakı bütün işçilər fevralın 8-i və 9-u- şənbə və bazar günləri saat 9:30-dan işdə olmalıdırlar. Bununla bağlı bütün müəssisə rəhbərlərinə icra başçısı tərəfindən tapşırıq verilib. Hətta müdirlərə bildirilib ki, işçilər həmin günlərdə işə gəlmək və getmək vaxtları barədə tabel imzalamalıdırlar. Hazırda bütün müəssisələrin əəkdaşları işdədirlər. Bağçalarda, məktəb və kolleclərdə işçilərdən başqa heç kim yoxdur. Şagirdlər üçün dərs yoxdur, bağçalarda uşaqlar yoxdur, amma müəllimlər, tərbiyəçilər və texniki işçilər hamısı işdədirlər.
Hazırda hamıya göstəriş verilir ki, sabah, yəni seçki günü hamı bir nəfər kimi səsvermədə iştirak etməli, deputatlığa namizəd Aydın Mirzəzadəyə səs verməli, səs verdiyi bülletenin şəklini çəkib rəhbərinə təqdim etməlidir. Şənbə və bazar günləri işə gəlməyən və Aydın Mirzəzadəyə səs verməyən işçi kimliyindən asılı olmayaraq işdən qovulacaq. Cənab prezident göstəriş verib ki, işçini 8 saatdan artıq işlədən şəxs məsuliyyətə cəlb olunmalıdır, amma icra başçısı dövlət başçısının bu göstərişinə zidd olaraq işçiləri qeyri-iş günləri işə çağırır”. Məlumata görə, hazırda Mingəçevir şəhərində dövlətdən maliyyələşən bütün qurumların əməkdaşları, hətta xadimə və digər texniki işçilər iş başındadırlar.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər