BolgeXeber.Com » Gündəm » DTX-a Nefçala icra başçısını buna görə həbs etdi

DTX-a Nefçala icra başçısını buna görə həbs etdi

20-02-2020, 13:39
Oxunub: 9 021
Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev həbs olunub.

Bolgexeber.com xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, icra başçısı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun rüşvət alarkən tutulduğu qeyd olunur.

Qeyd edək ki, Neftçala icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun bacısı oğludur.

Bolgexeber.com
xəbər verir ki, icra başçısı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun rüşvət alarkən tutulduğu qeyd olunur.

Xatırladaq ki, İsmayıl Vəliyev Azərbaycan Prezidentinin 26 aprel 2011-ci il tarixli 1470 nömrəli sərəncamı ilə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.