BolgeXeber.Com » Gündəm » MSK 3 dairə ilə bağlı müraciətləri DSK-ya göndərdi

MSK 3 dairə ilə bağlı müraciətləri DSK-ya göndərdi

20-02-2020, 17:09
Oxunub: 3 242
Mərkəzi Seçki Komissiyasının iclasında 99 saylı Şəmkir seçki dairəsindən quruma daxil olan müraciətə baxılıb.

Müraciət araşdırılması üçün DSK-ya göndərilib.

Bundan başqa, 27 saylı Sabunçu ikinci seçki dairəsi və 121 saylı Laçın seçki dairəsindən quruma daxil olan müraciətlərə də baxılıb.

Hər iki müraciət araşdırılması üçün DSK-ya göndərilib.

*** 16:13

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.