BolgeXeber.Com » Gündəm » Əlillərin Bərpa Mərkəzi Çernobıl əlillərinin rəsmi müraciətinə 5 aydır niyə cavab vermir?-ŞİKAYƏT

Əlillərin Bərpa Mərkəzi Çernobıl əlillərinin rəsmi müraciətinə 5 aydır niyə cavab vermir?-ŞİKAYƏT

21-02-2020, 09:32
Oxunub: 7 747
Çernobıl əlilləri olan vətəndaşlar haqlı olaraq deyir ki,əgər onlara avtomobil düşmürsə belə bu haqda onlara ən azından rəsmi məlumat verilməlidir və bunun səbəbi də qeyd olunmalıdır.

Bolgexeber.com-un redaksiyasına müraciət edən İmişli rayon sakinləri , Çernobıl əlilləri Mənsimov Möhübbət Ataş oglu,Atayev Zöhrab Atamoglan oglu və Babayev Novruz Museyib oglu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzindən şikayətçidirlər

Bildiyimiz kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslər, Böyük Vətən müharibəsi əlilləri, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər kimi Çernobıl əlilləri də minik avtomobilinə tibbi göstəriş olduğu hallarda dövlət hesabına minik avtomobilləri ilə təmin olunurlar.

Bu hüquqlarından-avtomobilllə təmin olunmaq imkanından istifadə etmək üçün , adıçəkilən vətəndaşlar Əlillərin Bərpa Mərkəzinə,onun rəhbəri İlkin müəllimə sənədlə rəsmi şəkildə müraciət ediblər. Həm də Prezident təqüdçüləri olan şikayətçi vətəndaşların dediyinə görə Respublika Əlillərin Bərpa Mərkəzindən bildiriblər ki,onlara 1 ay ərzində cavab gələcək.Lakin müraciətlərindən 5 ay keçməsinə baxmayaraq Çernobıl əlillərinə heç bir cavab gəlməyib.

Cavab gəlmədiyini görən vətəndaşlar məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də rəsmi məktub ünvanlayıblar.Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də, Respublika Əlillərin Bərpa Mərkəzinin kimi cavab gəlməyib.
Bu səbəbdən şikayətçi vətəndaşlar mətbuat vasitəsilə soruşurlar ki,nəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzi onların sorğularını qanunla 1 ay ərzində cavablandırmalı halda bunu etmirlər.

Bundan başqa Çernobıl əlilləri olan vətəndaşlar haqlı olaraq deyir ki,əgər onlara avtomobil düşmürsə belə bu haqda onlara ən azından rəsmi məlumat verilməlidir və bunun səbəbi də qeyd olunmalıdır.

Çernobıl əlilləri Mənsimov Möhübbət Ataş oglu,Atayev Zöhrab Atamoglan oglu və Babayev Novruz Museyib oglu bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı ,o cümlədən Çernobıl əlillərinin də sosial təminatının mütəmadi olaraq gücləndirilməsinə yönələn dövlət qayğısını artırması fonunda onlara dövlət qurumları tərəfindən bu cür laqeyd münasibət başadüşülən deyil.

Ümid edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi heç olmasa Çernobıl əlillərinin mətbuat vasitəsi ilə müraciətini cavablandıracaqlar və məsələyə aydınlıq gətirəcəklər.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com