BolgeXeber.Com » Gündəm » VÜQAR SƏFƏRLİ İŞDƏN ÇIXARILDI - Prezident KİVDF-yə yeni icraçı direktor təyin etdi

VÜQAR SƏFƏRLİ İŞDƏN ÇIXARILDI - Prezident KİVDF-yə yeni icraçı direktor təyin etdi

4-04-2020, 17:14
Oxunub: 5 843 Vüqar Səfərli Prezident İlham Əliyev Vüqar Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama əsasən, Vüqar Müzəffər oğlu Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru təyin edilib.