BolgeXeber.Com » Gündəm » Xanlar Vəliyev yenidən Hərbi prokuror təyin edilib

Xanlar Vəliyev yenidən Hərbi prokuror təyin edilib

9-04-2020, 13:20
Oxunub: 3 452 Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Xanlar Vəliyev yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib.
Bolgexeber.com xəbər verir ki, Hərbi Prokurorluğun Mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, Vəliyev Xanlar Rüstəm oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarına təyinat alaraq, müxtəlif məsul vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsində qulluq keçib.
Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.
Ədliyyə general-leytenantı, hüquq üzrə fəlsəfə doktorudur