Səbuhi Rəhimlidən 16 mayın astroloji proqnozu
16-05-2013, 07:50
Oxunub: 4 048
QOÇ – Siyasi yönümlü hadisələrdən başqa bütün sahələrdə uğurlar sizi qoynuna alacaq. Fəaliyyətdə, ünsiyyətdə və maliyyə məsələlərində qənaətbəxş məqamlar yaşayacağınız gözlənilir.
BUĞA - Pula böyük ehtiyac duysanız da, şəxsi büdcənizi artırmaq üçün neqativ üsullardan yararlanmamalısınız. Hər şeyin öz vaxtı var. Nahar ərəfəsində yersiz mübahisələrdən qaçın.
ƏKİZLƏR - Adətən həftənin bu təqvimi sizin üçün zəngin keçir. Odur ki, özünüzdə güc tapıb bədbinləşməməli, hər bir məqamdan zövq almağa çalışmalısınız. Bu gün mərhəmətli və işlək olun.
XƏRÇƏNG - Yalnız özünüzə aid işlərə baş qoşun. Əks təqdirdə ətrafınızda olanların yanında hörmətinizi itirə bilərsiniz. Hər addımda Tanrını başınız üstündə hiss edin. Duaları əsirgəməyin.
ŞİR - Gecə saat 04:39-dan mənfi enerjili Ay bürcünüzdə qərar tutduğu üçün ümumi ovqatınız aşağı ola bilər. Odur ki, səbrli olub yalnız Tanrıya sığının. Vaxt olsa, mütləq ziyarətgahlara baş çəkin.
QIZ - Astroloji göstəricilər iştirakçısı olduğunuz prosesləri nəzarətdə saxlamaq üçün gücünüzün yetəcəyini bəyan edir. Bu isə gün ərzində sizi bütün uğursuzluqlardan qoruyacaq.
TƏRƏZİ - Artıq planetiniz olan Venera aktivlik nöqtəsindədir. Bu isə enerjinizin daha da artması deməkdir. Bu səbəbdən gözlənilən neqativlikləri dəf edəcəksiniz. Çətin məqamlarda dostlara güvənin.
ƏQRƏB - Bu gözəl təqvimdə bütün ixtiyar öz əlinizə veriləcək. Necə deyərlər, nəyə layiqsinizsə, o da olacaq. Şəxsi münasibətlərdə yalandan istifadə etməyin, "dərdli adam" obrazı yaratmayın.
OXATAN - İnsanlarla nə qədər mülayim davransanız, ulduzlar da sizi bir o qədər xoşhal edəcək. Bir də üzərinizə düşən öhdəlikləri başqalarının üzərinə atmayın. Nahar vaxtı maksimum səbrli olun.
OĞLAQ - İxtiyarınızda olan bu təqvimdə hörmət qazanmaq başlıca vəzifəniz olmalıdır. Başqalarında nöqsan axtarmaqdansa həmrəylik yaradın. Doğmalarınıza qarşı yersiz ittihamlara son qoyun.
SUTÖKƏN - Səhər saatlarını sakit tərzdə başa vursanız, ulduzlar nahardan sonra ovqatınızı yüksəldəcək. Pulunuza qənaət edin ki, kisəniz vaxtından tez boşalmasın. Davranışlarda məxfiliyə riayət edin.
BALIQLAR - Yarımçıq qalmış öhdəliklərinizi yerinə yetirməyə tələsin. İlk növbədə ünsiyyətdə səmimi olun ki, ətrafınızdakılar sizə inansın. Maddiyyata çox da aludə olmayın.
Çox Oxunanlar
- 12-10-2024, 17:50 : Məşhur bazarda güclü yanğın baş verib
Dünya / Xəbərlər
- 5-10-2024, 17:56 : Bakı-Qazax yolunda ağır yol qəzası olub
Xəbərlər / Ölkə
- 8-10-2024, 16:47 : "Sihirli annem"in aktrisası bu üsulla 41 kiloqram arıqlayıb
Şou-Biznes
- 26-10-2024, 17:25 : İrandan ŞOK İDDİA- Qırıcılarını vurduq
Dünya / Xəbərlər
- 7-10-2024, 17:58 : Əliyev və Putin arasında görüşlər keçiriləcək
Siyasət / Xəbərlər
- 5-10-2024, 14:54 : Kənan MM xəstəxanaya düşdü
Şou-Biznes
- 25-10-2024, 18:40 : Hava ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 15-10-2024, 16:34 : "Yalı çapkını"nın aktyorları nişanlandı
Şou-Biznes
- 9-10-2024, 17:27 : Damlanın yeni görünüşü tənqid edildi
Şou-Biznes
- 3-10-2024, 16:56 : DƏHŞƏTLİ OLAY- Aerodrom vuruldu
Dünya / Xəbərlər