BolgeXeber.Com » Gündəm » Bəzi karantin məhdudiyyətləri deputata şamil edilməyəcək

Bəzi karantin məhdudiyyətləri deputata şamil edilməyəcək

28-04-2020, 16:57
Oxunub: 6 305 Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Bolgexeber.com xəbər verir ki, dəyişikliklə qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilib:
“Karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir”