BolgeXeber.Com » Gündəm » Ziya Məmmədov dediyini elədi

Ziya Məmmədov dediyini elədi

16-05-2013, 19:55
Oxunub: 4 173 Şəhərdaxili sərnişindaşımada əksər marşurutlarda gediş haqqı 5-10 qəpik arası bahalaşıb.

Sərnişinlərin verdiyi məlumata görə, gediş haqqı 20 qəpik olan 184 saylı avtobusda (Əmircan-Nərimanov) bu gündən gediş haqqı 25 qəpik olub. Bu barədə 184 saylı marşurutda xidmət göstərən avtobusların salonuna yeni qiyməti əks etdirən cədvəl də vurulub. Sərnişinlər artıq şəhərdaxili əksər marşurutlarda onlardan 20 qəpik əvəzinə 25 qəpik tələb olunduğunu söyləyirlər.

Qeyd edək ki, artıq paytaxt sakinləri şəhərdaxili sərnişindaşımada özbaşına qiymət artımı ilə bağlı aidiyyatı qurumlara şikayət məktubları da hazırlayıblar.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi ilə əlaqə saxlasaq da qurumun mətbuat katibi Namiq Həsənov telefon zənglərimizə cavab vermədi. İqtisadi İnkişaf Nazirliyindən isə yaxın günlərdə şəhərdaxili sərnişindaşımada qiymət artımı ilə bağlı reydlərə start veriləcəyini söylədilər:

"Bakısərnişinnəqliyyatı” MMC-dən isə bəzi marşurutlarda qiymətlərin may ayının 1-dən etibarən qalxdığını təsdiqlədilər. Qurumdan bildirdilər ki, 184 saylı marşurut da həmin xətlərə daxildir. Tarif (Qiymət) Şurasından da 184 saylı avtobusda eləcədə bir sıra xətlərdə may ayının 1-dən etibarən gediş haqının bahalaşdığını təsdiqlədilər. Şuradan bildirdilər ki, bəzi xətlərdə gediş haqqınının artırılması ilə bağlı Nəqliyyat Nazirliyi TŞ-ya müraciət edib:

"Biz də həmin müraciətə baxdıq. Bir sıra marşurutlar göstərilmişdi ki, nazirlik həmin xətlərdə məsafənin uzandığını əsas gətirərək qiymətləri yenidən təsdiqləməklə bağlı məktibla müraciət etmişdi. 184 və bir neçə marşurutda məsafənin 15 kim-dən 17 km-ə dək artdığı öz əksini tapmışdı. 2007-ci ildə müəyyənləşmiş tariflərə görə, 15 kim-dən 25 km-ə dək məsafə üçün gediş haqqı 20 qəpikdir. Bir sıra avtobuslarda bu məsafə 15-dən 17 km-ə dək artdığından biz qiymətləri 25 qəpik kimi təsdiqlədik.

Xatırladaq ki, bir müddət əvvəl Nəqliyyat Nazirliyi Tarif (Qiymət) Şurasına şəhərdaxili sərnişindaşımada qiymət artımı ilə bağlı müraciət etsə də, Şura bəyanatında gediş haqqını əvvəlki qaydada, dəyişdirmədən saxladığını bildirmişdi. movqe