BolgeXeber.Com » Gündəm » Sumqayıtda partiyanın yeni ofisinin açılışı olmuşdur-Fotolar

Sumqayıtda partiyanın yeni ofisinin açılışı olmuşdur-Fotolar

20-05-2013, 17:00
Oxunub: 4 035 Bolgexeber.com bildirir ki,20 may 2013-cü il tarixdə Ana Vətən Partiyasının Sumqayıt şəhər təşkilatının ofisinin açılışı olmuşdur. Açılışda Sumqayıt təşkilatının fəalları, Ali Məclisin üzvü Qalib Əhmədov,mərkəzi aparatın rəhbəri Elçin Ağamalı, Ali Məclisin sədri Rəşadət Yaqublu, qadınlar şurasının sədri Yeganə İsmayılova və mərkəzi aparatın digər əməkdaşları iştirak etmişlər. Çıxış edən Sumqayıt şəhər təşkilatının sədri Şahbəndə İsmayılov, Ali Məclisin üzvü Qalib Əhmədov,mərkəzi aparatın rəhbəri Elçin Ağamalı, Ali Məclisin sədri Rəşadət Yaqublu, qadınlar şurasının sədri Yeganə İsmayılova partiya üzvlərini bu əlamətdar gün münasibətilə təbrik etdilər və gələcək işlərində uğurlar arzu etdilər.