BolgeXeber.Com » Gündəm » Azərbaycanda sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirildi -SİYAHI

Azərbaycanda sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirildi -SİYAHI

21-05-2013, 09:05
Oxunub: 4 528 Bu il mayın 26-dan etibarən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin respublikadan kənara və respublika daxilində hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəllərində bəzi dəyişikliklər ediləcək.
Cəmiyyətin mətbuat katibliyindən verilən məlumata görə, belə ki, 55/56 saylı Bakı-Moskva sürət qatarı - həftədə bir dəfə “Azərbaycan Dəmir Yolları” QSC-nə məxsus heyətlə Bakıdan III günlər saat 21-55-də yola düşəcək. Qatar Kurskaya (Moskva) stansiyasına həftənin VI günlər saat 4-15-də çatıb və həmin gün saat 16-49-da yola düşəcək.
Vaqonlar təmirdən qayıtdıqdan sonra “Azərbaycan Dəmir Yolları” QSC-nə məxsus heyətlə ikinji qatar Bakıdan həftənin VII günləri yola duşəcək.
95/96 saylı Bakı-Moskva sürət qatarı - həftədə iki dəfə Rusiya Dəmir Yollarına məxsus heyətlə Bakıdan həftənin I və V günləri saat 21-55-də yola düşəcək.
Qatar Kurskaya stansiyasıa (Moskva) həftənin I, IV günləri saat 4-15-də çatacaq. Moskvadan qatar həftənin II, V günləri saat 16-49-da yola düşəcək.
369/370 saylı Bakı-Xarkov sərnişin qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nə məxsus heyətlə dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcək.
373/374 saylı Bakı-Tümen sərnişin qatarı Rusiya Dəmir Yollarına məxsus heyətlə günaşırı öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.
Qatarın tərkibində qoşma Çelyabinsk-Bakı, Ufa-Bakı, Samara-Bakı, Saratov-Bakı vaqonlar və yay mövsümündə Novosibirsk-Bakı birbaşa vaqonu hərəkət edəcəklər.
391/392 saylı Bakı-Rostov sərnişin qatarı Şimali Qafqaz Dəmir yoluna məxsus heyətlə dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcək.
38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı öz hərəkət cədvəli və sxemi üzrə hər gün hərəkət edəcək.
96/97 saylı Bakı-Ağstafa qatarı yeni hərəkət cədvəlində yeni 98/97 nömrə ilə hərəkət edəcək. Yerli istiqamətdə hərəkət edən digər sərnişin qatarları öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.