BolgeXeber.Com » Gündəm » Prezident İlham Əliyev Barak Obamaya başsağlığı verib

Prezident İlham Əliyev Barak Obamaya başsağlığı verib

21-05-2013, 18:30
Oxunub: 4 109 Azərbaycan prezidenti ABŞ prezidentinə başsağlığı məktubu göndərib.

Bolgexeber.com –un AzərTAc-a istinadən məlumatına görə, məktubda bildirilir: “Hörmətli cənab prezident, Oklahoma ştatında baş vermiş təbii fəlakət – tornado nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Bu ağır anları Sizinlə bölüşür, yaralananların və xəsarət alanların tezliklə sağalacağına, dağıntıların aradan qaldırılacağına ümidlərimi ifadə edirəm”.