BolgeXeber.Com » Gündəm » Azərbaycanda piri girov qoyub kredit götürmək istədilər

Azərbaycanda piri girov qoyub kredit götürmək istədilər

22-05-2013, 15:25
Oxunub: 4 560 Banka təqdim olunan sənəddə isə həmin ziyarətgahın aylıq gəliri 5000 manat göstərilib

Azərbaycanın rayonlarından birində ziyarətgahlardan birini girov qoyaraq, kredit götürmək istəyiblər. Bu barədə kredit alınması üçün müraciət edilmiş bankdakı mənbə məlumat verib.
Həmin məlumatda deyilir ki, kredit üçün müraciət edənlər ziyarətgahın girov qoyulması müqabilində 300 min manat pul istəyiblər. Və həmin pulun da alınmasını belə sənədləşdirməyi təklif ediblər ki, guya, həmin vəsaitlə pirin təmiri gerçəkləşdiriləcək.
Mənbə bildirir ki, əslində, həmin pulla yeni fermanın salınması və kiçik sexin açılması nəzərdə tutulub ki, bunu da etmək istəyənlər nəzarətlərində olan ziyarətgahı girov qoymaq istəyiblər.
Maraqlı məqamlardan biri də odur ki, sənədlərdə ziyarətgahın aylıq gəliri də qeyd olunubmuş. yam-az-a danışan mənbə deyir ki, həmin kağızlarda ziyarətgahın aylıq gəliri kimi 5000 manat göstərilib.

P.S. Bu ölkədə əgər müqəddəs yerlərə də xor baxmağa başlayıblarsa, demək, mənəvi dəyərlərin deqradasiyasının ən son mərhələsindəyik.