BolgeXeber.Com » Gündəm » Deputat Azər Kərimlinin oğullarının Londondakı biznesi – FOTO

Deputat Azər Kərimlinin oğullarının Londondakı biznesi – FOTO

15-06-2020, 16:10
Oxunub: 3 730 Deputat Azər Kərimlinin böyük oğlu, 1988-ci il təvəllüdlü İlkin Kərimli bu ilin martından İngiltərədəki LİJARO ASSET MANAGEMENT (UK) LLP-nin şəhmdarları sırasına qatılıb.
Bolgexeber.com xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Ötən il dekabrın 13-də qeydiyyatdan keçmiş şirkət 31 Maddox Street, London, England, W1S 2PB hüquqi ünvanında yerləşir. Şirkətin aktivləri siyahısında Waverley Drive, Virginia Water, GU25 4PZ ünvanındakı 4 milyon funt sterlinqlik KİNGS COPSE rezidensiyası da var.
Xatırladım ki, Azər Kərimlinin digər oğlu Fəxri Kərimli də 2018-ci ilin sentyabrın 13-də Londonda KARİMLİ LİMİTED şirkətini təsis edib. Reyestr məlumatlarına görə bu şirkət də daşınmaz əmlak satışı ilə məşğuldur.

Qardaşlar 2007-ci ildən ki, Britaniyada yaşayırlar, İlkin İngiltərədəki Vestminster, Fəxri isə Oksford Universitetinin məzunudur. Hər ikisi son illərdə Londonda neft treyderi kimi fəaliyyət göstəriblər.
Azər Kərimli 2000-ci ildən Milli Məclisin deputatıdır, Qax rayonunu təmsil edir, camaat arasında “Parket Azər” kimi tanınıb. Onun adı Qaxda meşə zolaqlarının məhv edilməsində hallanır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.