BolgeXeber.Com » Gündəm » Beyləqanda şəhidlərin xatirəsinə tikilmiş bulaq viran qalıb-FOTO

Beyləqanda şəhidlərin xatirəsinə tikilmiş bulaq viran qalıb-FOTO

10-09-2020, 10:31
Oxunub: 4 162 Hər zaman insanlarımızın müqəddəs ziyarətgahına çevirilimiş yerlərdən biridə, Şəhidlər xiyabanı, Şəhid məzarlığıdır. Çünki, onlar Vətən – Torpaq uğurunda tərəddüt etmədən, təmənna ummadan səngərə atılaraq, düşmənə qarşı döyüşmüş, düşmənin mərmisinə sinələrini sipər ediblər. Özü də öləcəklərini bilə-bilə.
Bolgexeber.com yazır ki, bunu vtv.bakı yazıb. Daha sonra yazırlar:
Bu günləri isə bizlərin üzərinə bir vətəndaş olaraq düşən borc Şəhidlərimizi şükranlıqla anmaq, onların məzarını ziyarət etmək, ruhlarına dualar oxumaqdır. Bu bizim Şəhidlər qarşısında, onların ruhu qarşısında həm insanı, həmdə mənəvi borcumuzdur. Biz bunları etməliyik ki, bizdən sonrakı nəsildə bunu görüb qavrasın. Biz bunları etməklə Şəhid adına qalanan əbədi mənşəli sönməyə qoymamalıyıq. Borcumuz onların adlarına ucaldılan abidələri qoruyub saxlamaq, uçulub dağılmağa qoymamaqdır.

Lakin və ancaq… Nə yazıq ki, bəzən elə olurda ki, Şəhid məzarlarının baxımsızlıqdan uçulub dağılmasının, adlarına ucaldılmış abidələrinin qarşısının zibilliyə çevirilməsinin də şahidi olurub. Bunu görmək nəqədər acı olsa da belə…

Bu hadisələr bir çox hallarda yerli icra nümayəndəlikləri və bələdiyyələrin gözü qarşısında baş verir. Adları çəkilən qurumlar həmin abidələrin uçulub dağılmasını, qarşısının zibilliyə çevirilməsini görə-görə, buna göz yumurlar. Necəki, Beyləqan rayon Dünyamalılar kənd Şəhidlərinin xatirəsinə tikilmiş ehsan bulağı icra nümayəndəsinin və bələdiyyənin gözünün qabağında uçub dağılıb.

Mənbəmizin əldə etdiyi,məlumatlarda qeyd olunur ki, 09.07.2013 cü il tarixdə Dünyamalılar kənd şəhidlərinin xatirəsinə ehsan bulağ tikilərək istifadəyə verilib. Lakin bu günlərdə həmin bulağ baxımsızlıq ucbatından uçub dağlıb. Həmçinin, bildirilir ki, bulağın təmir olunması üçün dəfələrlə yerli icra nümayəndəliyinə, bələdiyəyə müraciətlər olunmasına baxmayaraq, heç bir nəticəsi olmamışdır.

Qeyd edək ki, sözügedən bulağın təmiri elə də böyük məbləğdə xərc tələb etmir.