Polis Akademiyasına yeni rəis təyin olundu
20-11-2020, 15:26
Oxunub: 1 280
Prezident İlham Əliyevin sərəncamı ilə polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu gün, 2020-ci il noyabrın 20-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Polis Akademiyasına gedərək C.Daanovu həmin təhsil müəssisəsinin şəxsi heyətinə təqdim edib. Nazir əmin olduğunu bildirib ki, Akademiyada təlim-tədris prosesinin davamlı olaraq təkmilləşdirilməsi, yüksək ixtisaslı, müasir dövrün çağırış və təhdidlərinə cavab verən, informasiya texnologiyaları ilə peşəkarcasına işləməyi bacaran yeni nəsil polis əməkdaşlarının hazırlanması sahəsində tədbirlər gücləndiriləcək və daha məqsədyönlü xarakter daşıyacaq.
Polis polkovniki Canpolad Daanov ona göstərilən yüksək etimada görə ölkə və DİN-in rəhbərliyinə dərin minnətdarlığını bildirib, bu etimadı doğrultmaq üçün bilik və bacarığını əsirgəməyəcəyinə söz verib
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- Dünən, 10:10 : Anar Cəbrayıllı: " Jurnalistlərin hamısını dama soxmaq lazımdır"-VİDEO
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət