Aqil Abbas :”Polislərimizin əməyini yüksək qiymətləndirirəm”
21-01-2021, 09:21
Oxunub: 1 960
Bildiyiniz kimi Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.
Həmin vaxtdan əhalinin sağlamlığının qorunması məqsədilə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkədə tətbiq edilən karantin rejimi gələn il yanvarın 31-dək davam edəcək.
Bir müddət əvvələcən-karantin rejimi sərtləşdirilənə qədər ölkədə infeksiyaya gündəlik yoluxanların sayı 4000-4500 arasında idi.
Amma hal-hazırda koronavirusa yoluxanların sayı dəfələrlə azalıb ki, bu da çox sevindiricidir.
Koronavirusla mübarizədə uğurlu nəticələr əldə etməyimizdə polisin rolu haqda münasibət öyrənmək üçün Bolgexeber.com olaraq millət vəkili Aqil Abbasa müraciət etdik. Millət vəkili bildirdi ki, yoluxmanın sayının azalması ilk əvvəl həkimlərimizin zəhmətidir:
“Hətta pandemiya ilə mübarizədə nə qədər həkimlərimiz dünyasını dəyişdi.
Bu baxımdan tibb işçilərini xüsüsi qiymətləndirmək lazımdır. Bütün çətinliklərə baxmayaraq onlar hələ də mübarizə aparırılar. Polisin əsas vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaq , ictimai asayişi , təhlükəsizliyi qorumaqdır.
Bildiyiniz kimi Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdır. Amma bu qrafik polisin fəaliyyəti üçün yetərli deyil. Pandemiya dövrü başlayandan polislərimiz bəzən 10 saat, hətta 14 saat iş işləyirlər. Polislərimiz demək olar ki, gecə-gündüz ayaq üstə dayanırlar, gecə-gündüz növbəli xidmət edirlər.
Onlar koronavirusla mübarizədə həm profilkatik tədbirlər aparırlar,həm də karantin qaydalarını pozanları inzibati qaydada cəzalanadırırlar,cərimələr tədbiq edirlər.
Bütün bunlara görə polislərimizin əməyini yüksək qiymətləndirirəm”.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm