BolgeXeber.Com » Gündəm » İnterpol Huseyn Abdullayevi niyə axtardığını açıqladı

İnterpol Huseyn Abdullayevi niyə axtardığını açıqladı

4-07-2013, 17:10
Oxunub: 4 247 İnterpol Hüseyn Abdullayevin beynəlxalq axtarışa verilməsinin səbəbləri ilə bağlı müdafiə tərəfinin sorğusunu cavablandırıb. Bunu AzNews.az-a H.Abdullayevin vəkili Kamandar Nəsibov bildirib.

Vəkilin sözlərinə görə, sorğuya göndərilən cavabda H.Abdullayevin beynəlxalq axtarışa verilməsinin səbəbi kimi Vergilər Nazirliyinin İstintaq İdarəsindən təqdim edilən sənədlər göstərilib: “Ancaq söhbətin hansı sənədlərdən getdiyi cavabda açıqlanmır. Ümumiyyətlə sorğunun cavabı tam deyil. Söhbətin hansı sənədlərdən getdiyi, cinayət işinin nömrəsi kimi məlumatlar yoxdur”.

H.Abdullayevin işi ilə bağlı artıq Yasamal Rayon Məhkəməsinə də müraciət edilib: “Vergilər Nazirliyinin İstintaq İdarəsi Yasamal rayonunda yerləşdiyindən həbs qətimkan tədbiri seçilməsi, cinayət işinin açılması bu məhkəmənin qərarı ilə həyata keçirilməlidir. Buna görə də Yasamal rayon Məhkəməsinə sorğu göndərilib”.

Nazirliyin İstintaq İdarəsindən isə hələ də sorğuya cavab almadıqlarını deyən K.Nəsibov idarəni məhkəməyə vermək qərarının qüvvədə qaldığını vurğulayıb.