BolgeXeber.Com » Gündəm » Abbas Abbasova sui-qəsd cəhdi

Abbas Abbasova sui-qəsd cəhdi

6-07-2013, 10:30
Oxunub: 4 286 Rusiyadakı rəqibləri “AzerRos” Ağsaqqallar Şurasının sədrini zəhərləmək istəyiblər

Azərbaycan Baş nazirinin keçmiş müavini, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) Ağsaqqallar Şurasının sədri, “Milyarderlər İttifaqı”nın üzvü Abbas Abbasova qarşı Moskvada sui-qəsd cəhdi olub. Etibarlı qaynaqdan “bizim yol”a daxil olan məlumata görə, xüsusi qorunma altında olan, gücləndirilmiş mühafizə xidməti ilə dolaşan A.Abbasovu zəhələmək istəyiblər. Sui-qəsd cəhdinin A.Abbasovun Rusiya və MDB məkanında biznes maraqları toqquşan bəzi dairələr tərəfindən həyata keçirildiyi bildirilir.

Məlumata görə, tez-tez xaricdə səfərlərdə olan A.Abbasov prezident səviyyəsində mühafizə olunur, ünsiyyətdə olacağı bütün şəxslər öncədən araşdırılır, xüsusi yoxlamadan keçirilir, səfərlərinin dəqiq qrafiki tərtib olunur və bu qrafik ən yaxın çevrəsindən başqa kimsəyə açıqlanmır, hətta, yeməkləri və digər gündəlik istifadə vasitələri ciddi müayinədən keçirilir. Qaynağın bildirdiyinə görə, bu sui-qəsd cəhdindən sonra A.Abbasovun mühafizəsi daha da gücləndirilib və biznes rəqibləri tərəfindən növbəti anoloji cəhdin olacağı da istisna edilmir.