BolgeXeber.Com » Gündəm » Günün fotosu - təhlükəli təzim-Foto

Günün fotosu - təhlükəli təzim-Foto

24-07-2013, 10:25
Oxunub: 9 687 Burası Fəxri Xiyaban. Jurnalist kollektivlərinin başçıları eks-prezident Heydər Əliyevin abidəsini ziyarət edir, heykəl önünə gül dəstəsi qoyurlar.

Ön plandakı əyilib təzim edən şəxs "Speys" televiziyasının rəhbəri Vaqif Mustafayevdir.

Vaqif Mustafayev kinorejissordur, "Yaramaz", "Nakəs", "Hər şey yaxşılığa doğru" filmlərini çəkib.

O, H.Əliyev barədə də silsilə filmlərin yaradıcısıdır.

Bu şəkildə o, H.Əliyevə sevgisini izhar edir. Sadəcə, bir çoxlarının fikrincə, bir az ifrata varıb, həm həmkarlarından daha çox üzüaşağı əyilib, həm də bu pozada daha sürəkli dayanıb.

Görünür, tanınmış rejissor eks-prezidentə daha çox rəğbət bəsləyir - digər həmkarlarına nisbətən.

Ancaq vaxtilə qürurlu, yaxşı adam dissident obrazları yaradan şəxsin bu vəziyyəti kənardan o qədər yaxşı görünmür. Sanki heç də hər şey yaxşılığa doğru deyil.

Bu qədər əyilmək təkcə mənəvi-psixoloji baxımdan yox, həm də tibbi-fizioloji baxımdan zərərlidir. Allah qorusun, adamın beli tuta bilər və qəddini düzəldərkən sərpməyə məruz qalar.

N.Asifli