BolgeXeber.Com » Gündəm » Bakıda qaz çəkilişi zamanı külli miqdarda dövlət vəsaiti yeyintisi

Bakıda qaz çəkilişi zamanı külli miqdarda dövlət vəsaiti yeyintisi

26-07-2013, 19:10
Oxunub: 3 441 Bolgexeber.com –un əməkdaşı Bakinin Nəsimi rayonunun “Papanin” kimi tanınan qəsəbəsində qaz çəkilişi zamanı “Azəriqaz”ın işçilərinin çox orijinal üsulla maliyyə yeyintisinə yol verməsinin üstünə çıxıb.Belə ki, həm əməkdaşımızın,həm də ərazidə yaşayan sakinlərin bildirdiyinə görə qəsəbəyə gedən köhnə qaz xəttinin yenisi ilə əvəz olunması üçün dövlət tərəfindən böyük miqdarda vəsait ayrılıb.
Ancaq məlum olub ki,işi icra edən təşkilat ancaq küçənin görünən əsas hissələrindəki köhnə boruları təzələri ilə dəyişir.Qalan hissələrdə isə köhnə borular sadəcə bir məhəllədən çıxarılıb digər məhəlləyə ,digər məhəllədəki istifadəyə az yararlı köhnə borular isə başqa məhəlləyə çəkilr və bu yolla həm sakinlərin başını aldadılır,həm də çox güman külli miqdarda dövlət vəsaiti mənimsənilir.
Əməkdaşımızın ərazidə yaşayan sakinlərlə söhbətindən məlum olub ki,bunu başa düşən sakinlər köhnə boruların elə köhnə borularla əvəzlənməsinə etiraz etdiklərinə görə işi icra edənlər hal-hazırda boru çəkilişini dayandırıblar. Bolgexeber.com oalraq bu biabırçı məsələ ilə bağlı hazırladığımız geniş reportajı sabahkı yazımızda oxuculara təqdim edəcəyik.