BolgeXeber.Com » Gündəm » Sevinc Babayevanın oğlunu zəhərləyiblər?

Sevinc Babayevanın oğlunu zəhərləyiblər?

28-07-2013, 12:50
Oxunub: 3 308 “Gülərqeyt qalmaqalı”nda ölən qadının övladı haqda şok məlumat
27 iyul axşam saatlarında “Yeni Müsavat”ailginc məlumat daxil olub. Özünü mərhum Sevinc Babayevanın (“Gülərgeyt qalmaqalı”nın əsas fiquru, İstanbulda dünyasını dəyişib-red.) oğlu Ayxan Məmmədovun tanışı kimi qələmə verən bir nəfər bildirib ki, hazırda A.Məmmədov yataq xəstəsinə çevrilib. İkiqat arıqlayan gəncin ürəyində, böyrəyində qəfil sancılar əmələ gəlib, yeyib-içdiyini qaytarır. Tanışının sözlərinə görə, A.Məmmədovun və ailəsinin onu müalicə etməyə imkanı olmadığı üçün olduqca pis durumdadır: “Ayxan heç yerdə işləmir, gəliri də yoxdur. Nənəsi də təqaüdçü qadındır, 120 manat təqaüdlə dolanır. Bu adam xəstəxanada müalicə olunmalıdır. Amma buna pulları yoxdur. Kimə ağız açırlarsa, “yox” cavabı alırlar. Qohum-əqrəbaları, anasının dostları onlara heç bir yardım etmir”.
Tanışı A.Məmmədovun zəhərlənməsindən şübhələnir. Onun sözlərinə görə, bu vaxta qədər sağlam həyat tərzi keçirən bu gəncin qəfil bu vəziyyətə düşməsi düşündürücüdür: “O, əriyib çöpə dönüb. Yerindən tərpənə bilmir. Xəstəxanaya getmək pul deməkdir. Analiz, müalicə lazımdır ona. Bu da 5-10 manatla başa gələn şey deyil. 4 gündür yerimir. Sistem alıb qoşdurdu, amma onun da cəmi bir faiz xeyri olub. O gün soruşuram, evlərində cəmi 15 manat pulları var. Onların qazananı anası idi, anasını da öldürdülər. Biz qorxuruq ki, Ayxanı da anasının taleyi gözləsin. Çünki ondakı əlamətlər də anasınınkı ilə eynidir. Qəfil ürək ağrıları, yemək yeməmə, yediyini qaytarma. Təcili üstünə düşülməsə, onu itirə bilərik”.
Tanışı bildirib ki, hətta ailəyə borcu olanlar da pulu qaytarmırlar. Belə ki, anası sağlığında xeyli adama borc verib və indi oğlu həmin şəxslərdən pulu ala bilmir: “Ayxan o adamlardan pulunu geri alsa, müalicəsini özü aparar. İnanın ki, ailənin satmağa heç nəyi də yoxdur. Çox pis vəziyyətdədirlər. Ayxan o gün dedi ki, bütün qohum-əqrəbadan yardım tələb edir. Babayevlərdən, Cəbiyevlərdən. Deyir, ”bu günə qədər kimin toyuna-yasına nə qədər pul yazdırıblarsa, nə hədiyyə alıblarsa, hamısını geri qaytarsınlar. Hamı toya 100 manat yazdıranda biz 1000 manat yazdırmışıq. İndi əvəzini versinlər. Mən ölürəm, bundan ağır gün var adam üçün?". Bu adamın buna haqqı var. Ayxan deyir, əgər bu sözdən sonra da heç kim hərəkət etməsə, o qohum-qardaşı adbaad yazacaq".
Bu xəbəri dəqiqləşdirmək üçün qəzetin əməkdaşı A.Məmmədovla əlaqə saxlayıb. A.Məmmədov telefon zənginə cavab versə də, səhhətindən dolayı danışmaq imkanında olmadığını deyib. O, səhhətindəki kritik durumu təsdiqləyib, amma əlavə suallara cavab verə bilməyib. Bununla belə, bir cümlə ilə dövlətdən dəstək istəyib: “Mənim anam hökumət oyununun qurbanı olub. Mənə dövlət kömək etməlidir”.