BolgeXeber.Com » Gündəm » DİN-in sözcüsü rəssam Şamil Həsənovla bağlı açıqlama verdi

DİN-in sözcüsü rəssam Şamil Həsənovla bağlı açıqlama verdi

29-07-2013, 17:30
Oxunub: 2 840 Orxan Mansurzadə həmçinin, savab məktubunda Şamil Həsənovun qərar haqqında rəsmən məlumatlandırıldığını deyib
Bildiyiniz kimi Qafqazregion.az neçə müddətdir ki, tanınmış rəssam Şamil Həsənovun əsərlərinin oğurlanması ilə bağlı yazılar dərc edir.Qeyd edək ki, bu gün DİN-in sözcüsü Orxan Mansurzadə baş redaktor Mahmud Rasimoğlu ilə telefon əlaqəsi saxlayıb.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məsələ ilə bağlı açıqlamasında baş redaktora bildirib ki, 2009-cu ildə Şamil Həsənovun şikayəti əsasında Yasamal RPİ-in istintaq şöbəsində məsələ araşdırılıb və Şamil Həsənovun iddiası təsdiq olunmadığı üçün Yasamal RPİ-in müstəntiqi müvafiq maddələrə əsaslanaraq iddianın təmin olunmaması haqda qərar qəbul edib . Orxan Mansurzadə həmçinin, cavab məktubunda Şamil Həsənovun qərar haqqında rəsmən məlumatlandırıldığını deyib.
“Ancaq Azərbaycan qanunlarının müvafiq maddələrinə əsasən Şamil Həsənov qərardan hüquq mühafizə orqanlarının yuxarı instansiyalarına və məhkəməyə müraciət etmək hüququna malikdir”,- DİN-in sözcüsü Orxan Mansurzadə qeyd edib.
Bolgexeber.com