BolgeXeber.Com » Gündəm » Mikayıl Cabbarov məktəbli formasının qiymətini endirdi

Mikayıl Cabbarov məktəbli formasının qiymətini endirdi

30-07-2013, 15:00
Oxunub: 3 374 “Bakı Tikiş Evi”nin (BTE) tikdiyi məktəbli formasının qiymətini endirib
Bolgexeber.com movqe.az-a istinadən xəbər verir ki, BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov bu barədə açıqlama verib.
E.Əzimov bildirib ki, əvvəl aşağı siniflər üçün məktəbli forması dəstinin qiyməti 26 ölçüdən 38 ölçüyədək 40 manat, 40-42-44 ölçülərin qiyməti isə 45 manat idi:
“İndi aşağı siniflərə məktəbli forması üçün bir qiymət müəyyənləşib. 26 ölçüdən 44 ölçüyədək məktəbli forması dəstinin qiyməti ucuzlaşaraq 40 manat olub. Yuxarı sinif şagirdləri üçün isə əvvəl 34 ölçüdən 48 ölçüyədək qiymətlər 53 manat, 50 ölçüdən 54 ölçüyədək 55 manat idi. Haızrda yuxarı siniflər üçün məktəbli forması dəsti üçün vahid qiymət müəyyənləşib. Yuxarı siniflər üçün məktəbli forması dəsti 52 manata satılır. Qeyd edim ki, məktəbli forması dəstinə köynək, jilet, pencək şalvar və ya ətək daxildir”.
E.Əzimov artıq paytaxt üzrə 20, Abşeron rayonu üzrə Xırdalanda iki, Saray və Mehdiabad qəsəbəsində bir, Sumqayıtda iki mağazada yeni qiymətlərlə məktəbli formasının satışına başlanıldığını söyləyib.
E.Əzimov bildirdi ki, məktəbli formasının satışında qiymət artımına yol verilərsə, alıcılar BTE-nin 597-45-39 saylı qaynar xəttə zəng edib məlumat verə bilərlər.
Onun sözlərinə görə, artıq bu dərs ilindən Abşeron və Sumqayıt məktəblilərinin də BTE-nin istehsal etdiyi məktəbli formasını geyinəcəklər.
Xatırladaq ki, yeni təhsil naziri Mikayıl Cabbarov məktəbli paltarları ilə bağlı məsələyə yenidən baxılacağını demişdi.
Bolgexeber.com