BolgeXeber.Com » Gündəm » Tapdıq Abbas kimlərin haqqını yeyib?

Tapdıq Abbas kimlərin haqqını yeyib?

31-07-2013, 10:10
Oxunub: 3 196 Ehtiyacı olanların çox olduğu bir vaxtda oğluna ev dilənmək nə qədər vicdanlı işdir?

Mətbuat Şurasının jurnalistlər üçün nəzərdə tutulmuş mənzilləri paylaşdırdıqdan sonra məlum oldu ki, onların arasında bir neçə evi olanlarla yanaşı, başqalarının haqqını tapdamış və yemiş «jurnalistlər» də var. Hətta özünün deyil, oğlunun evlə təmin olunması üçün min bir fırıldağa əl atanlar da olub ki, onlardan biri də Tapdıq Abbasdır.

O Tapdıq Abbas ki, gündə bir əqidə dəyişir, gah müxalifətin, gah da iqtidarın yanında olaraq, özünə karyera qurmaq istəyib. Nəşr etdiyi qəzetin adı-sanı bəlli olmasa da, hər yerdə az qala adamın gözünə soxan bu adamın «peşəkar»lığı da elə özü boydadır. Yalanı, palanı, reketçiliyi başından aşan adamın başqalarına irad tutması, haqdan danışması isə daha iyrənc görsənir.
Şübhəsiz, bu gün onun oğlu üçün boynunu büküb, yalmanıb, yaltaqlanıb aldığı ev əslində digərlərinin olmalıydı. Çünki bu haqq onlara məxsus idi. Tapdıq Abbas kimlərin haqqını yeyib?

- İbrahim Bayandurlu. Bir neçə il bundan öncə qəfil ürək tutmasından dünyasını dəyişib. Ailəsi hələ də kirayə evlərdə yaşayır.
- Şahin Aağabəyli. «Milli Yol» qəzetinin mərhum baş redaktoru. Təsadüfi bir qəzanın qurbanı olub. Həyat yoldaşı və bir oğlu bu gün çətinliklər içində yaşayır. Evləri belə yoxdur.
- Vasif Turan. Bolgexeber.com saytının rəhbəri. Bir neçə il bundan evi yandırılıb və iki uşağı yanğın nəticəsində tələf olub. Bu gün körpə uşağı ilə çətinlik içində kirayələrdə yaşayır.
- Röya Rəfiyevə. «Yeni Müsavat» qəzetinin əməkdaşı kimi çalışır. On illərdir uşaqları ilə birlikdə zirzəmidə yaşayır. Bir neçə dəfə siçovullar uşağının qulağını belə dişləyiblər.
- Aygün Muradxanlı. «Yeni Müsavat» qəzetinin əməkdaşı. Uzun illərdir iki uşağı ilə kirayələrdə yaşayır.


Bu siyahını uzatmaq da olar. Amma çox uzun-uzadı yazıb başınızı ağrıtmaq istəmirik. Tapdıq Abbasa sual veririk: Vicdandan, əqidədən, peşəkarlıqdan danşdığında heç bu faktları görüb, xəcalət çəkirsənmi? Heç düşünürsənmi ki, neçə-neçə imkansız jurnalistin, məşəqqət içində yaşayan, çətinliklər içində boğulan qələm sahiblərinin haqqını yemisən? Bunları bildiyin halda zərrəcə vicdanın sızlayırmı? Məsələ ona-buna şər atmaq deyil, məsələ vicdanlı olmaq, həmkarının haqqını tanımaq, onun qollayıb, dəstəkləməkdir.