BolgeXeber.Com » Gündəm » AVP gəncləri İsmayıllıda növbəti səyyar toplantı keçiriblər-Fotolar

AVP gəncləri İsmayıllıda növbəti səyyar toplantı keçiriblər-Fotolar

31-07-2013, 11:30
Oxunub: 3 587 Toplantıda AVP sədrinin müşaviri Qalib Əhmədov, Mərkəzi Aparatın məsul işçisi Mikayıl İbrahimov və bəzi rayon təşkilatlarının sədrləri də iştirak etmişdir
Bolgexeber.com bildirir ki, Ana Vətən Partiyasının gəncləri sayca üçüncü səyyar toplantını İsmayıllı rayonunda keçirmişlər.
Toplantıda Ağsu, Ağdaş, Balakən, Mingəçevir, Qəbələ, Oğuz, Şamaxı, Kürdəmir, Qobustan və İsmayıllı rayonlarından olan gənclər iştirak etmişlər. Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərində yerləşən abidəsinin önünə gül dəstəsi qoymuşlar.
Təbiət qoynunda təşkil olunan toplantıda ölkədə gedən siyasi proseslər, bu yöndə gənclərin fikirləri, qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələləri müzakirə edilmişdir.
Toplantıda AVP sədrinin müşaviri Qalib Əhmədov, Mərkəzi Aparatın məsul işçisi Mikayıl İbrahimov və bəzi rayon təşkilatlarının sədrləri də iştirak etmişdir.