BolgeXeber.Com » Gündəm » Prezident İlham Əliyev Tərtərə 3,2 milyon manat ayırıb

Prezident İlham Əliyev Tərtərə 3,2 milyon manat ayırıb

31-07-2013, 20:55
Oxunub: 2 820 Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3,2 milyon (üç milyon iki yüz min) manat ayrılmalıdır.

Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.