BolgeXeber.Com » Gündəm » AVP üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirib-Fotolar

AVP üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirib-Fotolar

1-08-2013, 16:10
Oxunub: 3 094 Partiyaya yeni qəbul olunanlar təbrik edilib

Bolgexeber.com bildirir ki, Ana Vətən Partiyası Ağdam rayon təşkilatında 223 partiya üzvünə üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirilmişdir. Tədbirdə AVP Mərkəzi Aparatının məsul işçisi Tünzalə İsmayılova iştirak etmişdir.
Ağdam rayon təşkilatının sədri Afiq Hüseynov üzvlük vəsiqələri alanları partiya sıralarına qəbul olunmaları münasibətilə təbrik edərək onlara partiya fəaliyyətlərində uğurlar arzulamışdır.
Tünzalə İsmayılova çıxışında qarşıdan gələn prezident seçkilərinə geniş yer ayıraraq Azərbaycanda ümummilli lider Heydər Əliyevin siyasi kursuna alternativin olmadığını bildirmişdir. O, partiya üzvlərini seçkilərdə fəallıq nümayiş etdirməyə çağırmışdır.