BolgeXeber.Com » Gündəm » Sumqayıtda keçmiş kürəkən qayınatasının evini gülləyə tutdu

Sumqayıtda keçmiş kürəkən qayınatasının evini gülləyə tutdu

2-08-2013, 11:25
Oxunub: 3 260 Sumqayıtda silahlı insident olub
Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə 16-cı mikrorayonda qeydə alınıb.
Həmin ünvanda yaşayan Amid Vaqif oğlu Fərzəliyevin evinə naməlum şəxs tərəfindən odlu silahdan bir neçə dəfə atəş açılıb. Ev sahibi dərhal bu barədə polisə məlumat verib.
Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat qrupu çıxıb. Araşdırmalar zamanı məlum olub ki, evə “Vinçestr” markalı silahdan atəş açılıb. Evin həyətindən bir neçə giliz götürülüb.
Axtarış tədbirləri nəticəsində hadisənin A. Fərzəliyevin keçmiş kürəkəni, 1986-cı il təvəllüdlü Cavid İsa oğlu Muradov tərəfindən törədilməsi müəyyənləşib və o saxlanılıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.